Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətində icra başçisi vətəndaşlari qəbul etdi

04 iyul 2016 | 11:00

Rayon İcra Hakimiyyətində növbəti qəbul keçirilmişdir.  İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun keçirdiyi qəbulda vətəndaşların müxtəlif müraciətlərinə baxılmış, qaldırdığı problemlər dinlənilmişdir. Əsasən  sosial-məişət və kommunal, iş problemləri ilə yanaşı  tikintisi başa çatmış fərdi yaşayış evinin sənədləşdirilməsi, xaricdə təhsil almaq hüququ qazanmış abituriyentə yaşayış yerindən aryış verilməsi, imkansız ailənin mənzilinin təmiri məsələsi, maddi yardımla bağlı və s. məsələlər də dinlənildi, əlaqədar təşkilatlara, məsul şəxslərə müvafiq tapşırıqlar verildi.
24 nəfərin müraciət etdiyi qəbulda rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayon MKTB-nin, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri, həmçinin rayon xidmət sahələrinin rəhbərləri iştirak edirdi.

Keçidlər