Home Contact Phone
background
  • Ünvan: Az 1025, Bakı Şəhəri, Xocalı prospekti 41
  • Faks: (+99412) 490-07-06;
  • E-mail: mail@khatai-ih.gov.az

Xəbərlər

  • Xətai rayonunda bayram günlərində də  maarifl...

    Xətai rayonunda bayram günlərində də maarifləndirici manitorinqlər keçirilib+Video

    2020-05-27

    Xətai rayonunda koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində rayon İcra Hakimiyyəti, rayon Polis İdarəsi, Sanitar Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən maarifləndirici monitorinqlər aparılıb.

  • Dövlət – vətəndaş həmrəyliyinə töhfə: ...

    Dövlət – vətəndaş həmrəyliyinə töhfə: KÖLGƏDƏN IŞIĞA DOĞRU

    2020-05-23

    İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil... İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Dünyanın bir parçası olan Azərbaycan bu gün yaxın və uzaq olan bütün ölkələr kimi ağır, məsuliyyətli bir imtahan qarşısındadır: artıq neçə aydır ki, bəşəriyyət üçün dəhşətli kabusa çevrilən koronavirus pandemiyası hələ də, necə deyərlər, təslim olmaq fikrində deyil, can almaqda, sosial-iqtisadi sahələri çökdürməkdə, siyasi əlaqələri zəiflətməkdə davam edir. Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahın hər gün yaydığı məlumat bizim sabaha ümid-inamımızı artırır, bu dəhşətli virusun törətdiyi böhrandan tezliklə az itki ilə çıxacağımızı, öz gücünə arxalanan, dünya birliyinin etibarlı və layiqli üzvü olan bir dövlət kimi son 17 ilin uğurlu davamını daha şövqlə, daha istəklə yaşamaq düşüncəmizi möhkəmlədir. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

  • Xətai rayonunda könüllü gənclər növbəti ak...

    Xətai rayonunda könüllü gənclər növbəti aksiya keçirdilər

    2020-05-22

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi öz fəaliyyətini davam etdirməkdədir.

  • Nobel prospekti və Zığ yolu küçəsində yaş...

    Nobel prospekti və Zığ yolu küçəsində yaşıllaşdırma işləri aparılır

    2020-05-22

    Rayonun simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq, yaşıllaşdırma və ağacəkmə tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan küçələrdə, məhəllədaxili ərazilərdə quruculuq və təmizlik işləri ilə yanaşı olaraq yaşıllıq örtüklərinin salınması və ağac əkimi həyata keçirilir.

  • İnqilab İsmayılov və və Rahib Məmmədov  kü...

    İnqilab İsmayılov və və Rahib Məmmədov küçələrində abadlıq və yaşıllaşdırma tədbirləri davam etdirilir

    2020-05-21

    Rayonun simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq, yaşıllaşdırma və ağacəkmə tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan küçələrdə, məhəllədaxili ərazilərdə quruculuq və təmizlik işləri ilə yanaşı olaraq yaşıllıq örtüklərinin salınması və ağac əkimi həyata keçirilir.

  • Naximov və Məzahir Rüstəmov   küçələrində...

    Naximov və Məzahir Rüstəmov küçələrində abadlıq və yaşıllaşdırma tədbirləri davam etdirilir

    2020-05-20

    Rayonun simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq, yaşıllaşdırma və ağacəkmə tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan küçələrdə, məhəllədaxili ərazilərdə quruculuq və təmizlik işləri ilə yanaşı olaraq yaşıllıq örtüklərinin salınması və ağac əkimi həyata keçirilir.

  • Xətai rayon sakinləri: “Korrupsiya və rüşv...

    Xətai rayon sakinləri: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni ürəkdən bəyənirik və hər zaman Prezidentimizin yanındayıq”

    2020-05-20

    Bu gün ölkəmizdə geniş vüsət almış korrupsiyaya qarşı mübarizə tədbirləri cəmiyyətimiz tərəfindən Ölkə Prezidenti cənab İlham Əliyevin son üç il ərzində davamlı olaraq həyata keçirdiyi və həyatımızın bütün sahələrini əhatə edən əsaslı islahatların ən effektiv təzahürləri və ya tərkib hissələri kimi qəbul edilir. Qeyd olunmalıdır ki, bu tədbirlərin gedişində müşahidə etdiyimiz qətiyyət və prinsipiallıq, xalqın və dövlətin mənafeylərinə zidd hərəkət edənlərə qarşı, hətta onların hakimiyyətin yüksək eşalonlarında təmsil olunduqları halda belə, qanunun ən sərt formada tətbiq edilməsi cəmiyyətin bütün sosial təbəqələrində vətəndaşlar tərəfindən birmənalı olaraq alqışlanır və dəstəklənir. Dövlət başçısına ünvanlanan minlərlə məktublarda insanlarımız aparılan islahatlara görə təşəkkürlərini bildirir, korrupsiyaya qarşı bu amansız mübarizədə sonadək öz Prezidentlərinin yanında olacaqlarını bəyan edirlər.

  • Könüllülük Qəhrəmanlıqdır!

    Könüllülük Qəhrəmanlıqdır!

    2020-05-19

    Azərbaycan çox keçmiş zamanlardan bu günə qədər tarixin çox çətin sınaqlarından üzüağ çıxmağı bacarmışdır. Vətənimizin keçdiyi çətin sınaqlardan biri də yaddaşlardan heç vaxt çıxmayacaq Qarabağ hadisələri idi ki, bu hadisələr zamanı qadınlarımız, böyüklərimiz, kiçiklərimiz bu torpaq uğrunda canlarından keçməyə hazır idilər. Xalqın, torpağın bu çətin günlərdə vətənin yanında olan bu qəhrəmanlar heç bir maddiyyat güdmədən canlarını verməyə hazır idilər və bu tarix boyu belə idi.

  • Xətai rayonunda könüllü gənclər pandemiya il...

    Xətai rayonunda könüllü gənclər pandemiya ilə mübarizə tədbirlərində yaxından iştirak edirlər

    2020-05-18

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.

  • Rayon ərazisində dezinfeksiya işləri davam etd...

    Rayon ərazisində dezinfeksiya işləri davam etdirilir

    2020-05-16

    Rayon ərazisində dezinfeksiya işləri davam etdirilir

  • Xətai rayonunda  təmizlik və yaşıllıqlara qu...

    Xətai rayonunda təmizlik və yaşıllıqlara qulluq işləri davam etdirilir

    2020-05-15

    Xətai rayonunda təmizlik və yaşıllıqlara qulluq işləri davam etdirilir. Görülən işlər çərçivəsində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, çoxillik güllərə qulluq göstərilib, suvarılıb, çəmənliklərə gübrə verilib. Bütün Mənzil Kommunal İstismar Sahələri tərəfindən ərazilərdə olan parklar və otluq sahələr baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq üçün quru ot və alaqlardan təmizlənib.

  • Xətai rayonunda əhaliyə tibbi maskalar paylanı...

    Xətai rayonunda əhaliyə tibbi maskalar paylanılır

    2020-05-15

    Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar insanlara dəstək məqsədilə Xətai rayon İcra Hakimiyyəti sosial aksiyaları gündəlik davam etdirir.

  • Xətai rayon İcra Hakimiyyətində  videomüşavi...

    Xətai rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib

    2020-05-14

    Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev, aparatın şöbə müdirləri, rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə videomüşavirə keçirilib.

  • Naximov küçəsində su və qaz xətləri yenilə...

    Naximov küçəsində su və qaz xətləri yenilənir

    2020-05-14

    Xətai rayonunda yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

  • Prezidentin tapşırıqlarına məhəl qoymayan m...

    Prezidentin tapşırıqlarına məhəl qoymayan məmurların hamısı öz layiqli cəzalarına çatmalıdırlar

    2020-05-13

    Son zamanlar ölkə gündəmini bürüyən İcra Başçılarının, Medeniyyət Nazirliyinin yüksək vəzifəli kadrlarının, icra nümayəndələrinin həbsi məsələsi hamını narahat edir. Eləcə də həssas təbəqələr olan Şəhid Ailələrini, Qarabaq Qazilərini və veteranları.

  • Məmurların xəyanət yolunu seçməsi həm hüqu...

    Məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır

    2020-05-13

    Son illər, xüsusilə 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti tərəfindən başlanmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarından etibarən daha geniş vüsət almış və hazırda bu işlər intensiv şəkildə davam etdirilməkdədir.

  • Rüşvət və korrupsiya hallarına son qoymayan v...

    Rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslərin dövlət tərəfindən cəzalandırılması davam etdirilir

    2020-05-12

    Son vaxtlar respublikamızda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə xeyli gücləndirilib. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Dövlət Təhlükəsizlik Xidmətinin ayıq-sayıqlığı nəticəsində korrupsiya, rüşvətxorluq, dövlət əmlakının talanması səbəbindən Ağstafa, Yevlax, Neftçala və Biləsuvar rayonlarının keçmiş icra hakimiyyəti başçıları barədə həbs qətimkan tədbiri seçilib.

  • Xətai rayonunda yanğın təhlükəsinin aradan q...

    Xətai rayonunda yanğın təhlükəsinin aradan qaldırılması üşün tədbirlər görülür

    2020-05-11

    Xətai rayonunda ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən işlər çərçivəsində yaz-yay mövsümünə xas olan yanğın təhlükəsi yaradan quru otlar biçilir, yığılaraq ərazidən daşınır.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərakatı Təmas Qrupunun Zirvə görüşü keçirilib

    2020-05-11

    Ölkəmiz 2011-ci ildən Qoşulmama Hərakatına tam hüquqlu üzv qəbul olunub. Sözügedən Hərəkata üzv dövlətlərin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022 – ci illər üzrə sədrlik Azərbaycana həvalə edilib. BMT Baş Assambleyasından sonra ikinci nüfuzlu böyük beynəlxalq təşkilat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv seçildikdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan hörmət və etimadının aydın təzahürüdür. Bu eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, dövlətimizin qlobal səylərinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsini parlaq təcəssüm etdirib.

  • Xətai rayonunda abadlıq işləri ilə yanaşı  ...

    Xətai rayonunda abadlıq işləri ilə yanaşı yaşıllaşdırma tədbirləri davam etdirilir

    2020-05-09

    Rayonun simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq ağacəkmə tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan küçələrdə, məhəllədaxili ərazilərdə quruculuq və təmizlik işləri ilə yanaşı olaraq yaşıllıq örtüklərinin salınması və ağac əkimi həyata keçirilir.

  • M.Mehdizadə və Naximov küçələrində kommunik...

    M.Mehdizadə və Naximov küçələrində kommunikasiya xətləri yenilənir

    2020-05-08

    Xətai rayonunda yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

  • Xətai rayonunda  İnqilab İsmayılov küçəsi a...

    Xətai rayonunda İnqilab İsmayılov küçəsi abadlaşır

    2020-05-06

    Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır. Abadlıq işləri yekunlaşan növbəti küçə İnqilab İsmayılovdur.

  • Xətai  rayon İcra Hakimiyyətində onlayn müşa...

    Xətai rayon İcra Hakimiyyətində onlayn müşavirə keçirilib.

    2020-05-05

    Ölkədə davam edən karantin rejimi ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində onlayn müşavirə keçirilib.

  • Xətai rayonunda növbəti dəfə genişmiqyaslı ...

    Xətai rayonunda növbəti dəfə genişmiqyaslı gücləndirilmiş dezinfeksiya işləri aparılır

    2020-05-02

    Xətai rayonunda küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

  • Xətai rayonunda ictimai işlərə cəlb olunanlar...

    Xətai rayonunda ictimai işlərə cəlb olunanlar abadlıq sahəsinə öz töhfələrini verirlər+VİDEO

    2020-04-29

    Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar iş yerlərinin fəaliyyətinin dayanması səbəbindən insanlar iş yerlərini itirmişlər. Bu səbəblə yaranmış maddi və mənəvi çətinliyin aradan qaldırılması məqsədilə önləyici tədbirlər görülməkdədir. Belə ki, iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması dövlətin prioritet fəaliyyət istiqamətlərindən biridir.