Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYON İCRA HAKIMIYYƏTİNİN TƏŞKİLATÇILIĞI İLƏ “MULTİKULTURALİZM AZƏRBAYCANDA HƏYAT TƏRZİDİR” MÖVZUSUNDA MAARIFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

29 aprel 2016 | 11:00

Rayonun 257 nömrəli tam orta məktəbində baş tutan tədbir ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti barədə əhalinin bütün zümrələri, xüsusən yeniyetmə və gənclər arasında maarifləndirmə işinin yüksək səviyyədə təşkili məqsədilə təşkil olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılovun, İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin müdir müavini Ceyhun Əliyevin  və digərlərinin çıxışları dinlənildi.       K.İsmayılov çıxışında, müəllimlərə və məktəblilərə “Multikulturalizm ili” çərçivəsində dövlət tərəfindən qarşıya qoyulan tapşırıqlar və rayonda ölkəmizin multikultural dəyərləri və tolerantlıq ənənələrinin təbliği ilə bağlı görülən işlərdən bəhs etdi.
         Daha sonar C.Əliyev ölkəmizdə tolerantlığın bərqərar olmasında dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, bu uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycanda yaşayan bütün azsaylı xalqlar, müxtəlif dinlərə mənsub olan vətəndaşlar yumruq kimi birləşərək ölkəmizin inkişafı üçün səylə çalışmalıdırlar.
Dini qurumlarla işin təşkilatçısı M.İbrahimov ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb. Bildirib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir, ölkədə dini radikalizm meyllərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir.

Keçidlər