Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhər çempionatında birinci yeri tutmuş məktəblilərimizin mükafatlandırma mərasimi keçirilmişdir

29 aprel 2016 | 11:00

26 aprel 2016-cı il tarixdə Xətai rayon 17 nömrəli tam orta məktəbdə yaz çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” devizi ilə keçirilən Poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında birinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, məktəbin direktoru Bədəl Bədəlov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Cəlil Əlizadə, Xətai rayonu Gənclər və İdman İdarəsinin əməkdaşı Xalid Məmmədov, qalib komandanın üzvləri iştirak etmişlər.
Çıxış edən natiqlər keçirilən tədbirin çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu qeyd etmiş, komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər