Şriftin ölçüsü :

Saytın rəngi :

Veloidman üzrə məktəblilər arasında rayon birinciliyi keçirilmişdir.

24 noyabr 2015 | 11:00

23 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə rayon Gənclər və İdman İdarəsi tərəfindən 260 nömrəli tam orta məktəbdə Veloidman üzrə məktəblilər arasında rayon birinciliyi  keçirilmişdir.
       36 məktəbin iştirak etdiyi yarışda komandaların tərkibi üç oğlan və bir qızdan ibarət olmuş və  VII-VIII sinif şagirdləri iştirak etmişdir. Yarışın yekun nəticəsinə görə I yerə 29 №li tam orta məktəbin, II yerə 27 №li tam orta məktəbin, III yerə 287 №li Zəkalar Liseyinin komandaları layiq görülmüşlər.
       Qalib komandalara müvafiq dərəcəli diplomlar və kuboklar, bütün yarış  iştirakçılarına isə sertifikatlar təqdim edilmişdir.
       Yarışda ilk üç yeri tutmuş məktəblərin komandaları gələn ilin yanvar ayında
keçiriləcək Bakı şəhər məktəbliləri arasında  yarışda rayonumuzu  təmsil etmək
hüququ qazanmışdır.

Keçidlər