Şriftin ölçüsü :

Saytın rəngi :

"Basketbol" idman növü üzrə rayon birinciliyinə yekun vurulmuşdur

15 may 2015 | 10:00

15 may 2015 ci il tarixdə 269 №-li tam orta məktəbin idman zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş 2001-2002- ci il təvəllüdlü oğlanlar arasında keçirilən "Basketbol" idman növü üzrə rayon birinciliyinə yekun vurulmuşdur. Final oyununda 17№-li tam orta məktəbin komandası ilə 269№-li tam orta məktəbin komandası qarşılaşmışdır. Gərgin idman mübarizəsi ilə keçən oyunda  269№-li tam orta məktəbin komandası qalib olmuş, 17№-li tam orta məktəbin komandası ikinci yeri, 257№-li tam orta məktəbin komandası isə üçüncü yeri tutmuşdur. Yarışlarda fəxri yerləri tutmuş komandalara rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər