Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

29 mart 2015 | 11:00

Xətai rayonunda Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı
ildönümü qeyd edilib.
     Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı Razim Məmmədov təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycan milli təhlükəsizlik orqanlarının ötən dövrdə cətin, eyni zamanda şərəfli yol keçib. Onun inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri böyükdür. Ulu öndər Azərbaycan təhlükəsizlik orqanları üçün milli peşəkar kadr potensialının yaradılmasına hər zaman diqqət göstərib, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də doğma təhlükəsizlik orqanlarına xüsusi qayğı ilə yanaşıb. O, gənc dövlətin milli təhlükəsizlik strategiyasını müəyyən edib, bu sahədə qanunvericilik bazasını yaradıb. Sonrakı dövrdə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir çox işlər görülüb, aparılan islahatlar nəticəsində milli təhlükəsizlik orqanları sistemi ən müasir texniki vasitələrlə təchiz olunub. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov həmçinin, ölkəmizdə mövcud olan sabitliyin qorunub saxlanmasında milli təhlükəsizlik və digər hüquq-mühafizə orqanlarının birgə işgüzar əməkdaşlığnın mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın xalqın rifah halının yaxşılaşmasına yönəldiyini dedi.
    Sonra Milli təhlüksizlik nazirliyinin rayon idarəsinin bir qrup əməkdaşına
rayon icra hakimiyyətinin hədiyyərləi təqdim olundu.
    Tədbirdə çıxış edən Milli təhlüksizlik nazirliyinin Xətai rayon idarəsinin rəisi Rafiq Hümbətov və digər çıxışçılar milli təhlükəsizlik orqanlarının keçdiyi yoldan, müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən milli təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşdirilməsi üçün göstərdiyi diqqət və qayğıdan danışdılar.

Keçidlər