Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 95 №li tam orta məktəbin idman zalında rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan “Stolüstü tennis” idman növü üzrə yarış keçirilmişdir.

27 noyabr 2014 | 11:00

Yarışda rayonun 18 məktəb komandası tərkibində 108 nəfər məktəbli (onlardan 36 nəfəri qızlardır) iştirak etmişdir.Yarışda  birinci  yeri Humanitar Fənlər təmayüllü məktəb-Lisey, ikinci  yeri 264 №li, üçüncü yeri 249 №li tam orta məktəblərin komandaları tutmuşlar.
     Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.    
       Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası bu ilin dekabr ayında “Stolüstü tennis” idman növü üzrə  Bakı şəhər məktəbliləri arasında keçiriləcək yarışa vəsiqə qazanmışdır.

Keçidlər