Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda oğlanlar arasında basketbol üzrə rayon birinciliyi keçirilir.

24 aprel 2014 | 10:00

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş  idman yarışlarının keçirilməsinə başlanılıb. Bu münasibətlə rayonun 16 tam orta məktəbinin oğlanlardan ibarət komandaları arasında basketbol üzrə rayon birinciliyinə start verilib. Yarışlar 269 saylı tam orta məktəbin bazasında keçirilir. Məktəblilər arasında bu cür yarışların keçirilməsində əsas məqsəd ölkədə gənclərin idmana marağını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Yarışların final mərhələsi aprel ayının 28-də baş tutacaq.

Keçidlər