Home Contact Phone
background
  • Ünvan: Az 1025, Bakı Şəhəri, Xocalı prospekti 41
  • Faks: (+99412) 490-07-06;
  • E-mail: mail@khatai-ih.gov.az

Xəbərlər

  • S.Ə.Şirvani küçəsində  abadlıq-quruculuq i...

    S.Ə.Şirvani küçəsində abadlıq-quruculuq işləri aparılır

    2020-08-05

    Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır. Abadlıq işləri yekunlaşmaq üzrə olan növbəti küçə Seyid Əzim Şirvani küçəsidir.

  • Güclü və modern Azərbaycan ordusu dövlət qur...

    Güclü və modern Azərbaycan ordusu dövlət quruculuğunun mühüm naliyyətlərindən biri və ərazi bütövlüyünün təminatçısıdır

    2020-08-04

    Yer üzünün cənnəti olan vətənimiz Azərbaycan. Təbii sərvətlər ilə zəngin, qədim sivilizisiya və mədəniyyətlərin kəsişdiyi tarixi məkanımız. Məhz bundan dolayı zamanla yadelli işğalçıların hücumuna məruz qalan odlar yurdumuz. Doğma torpağı uğrunda daima qəhrəmanlıqla vuruşmağa hazır olan Azərbaycan xalqı və bu yolda canindan keçərək, dillərə dastan olan igid ərənlər oylağımız. Azərbaycan xalqının bu qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız yurdumuzu şərəflə qoruyaraq gələcək nəsillərə ötürmək üçün canlarından keçərək şəhid və qazi olurlar.

  • Xətai rayonunda küçə və prospektlərdə xüsu...

    Xətai rayonunda küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

    2020-08-01

    Gün ərzində rayonun Xocalı, Gəncə, Nobel prospektlərində, Y.Səfərov, İ.Zülfüqarov, X.Məmmədov, M.Rüstəmov, Neapol, Naximov, İ.İsmayılov, M.Hadi, Vunq-Tau. N.Tusi, Sarayevo və s. küçələrində genişmiqyaslı dezinfeksiya işləri aparılırb küçələr kimyəvi məhlulla xüsusi avtomaşınlarla yuyulub.

  • Naximov küçələrində kommunikasiya xətləri y...

    Naximov küçələrində kommunikasiya xətləri yenilənir, yol infrastrukturu yenidən qurulur

    2020-07-29

    Xətai rayonunda yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

  • Ölkəmiz üçün təhlükə yarada biləcək hər...

    Ölkəmiz üçün təhlükə yarada biləcək hər problem dövlət nəzarətindədir!

    2020-07-27

    Son illər dünyada baş verən qlobal istiləşmə, dəyişkən hava şəraiti ilə müşahidə olunan iqlim dəyişikliyi, eləcə də dünya əhalisinin artması, həyat standartlarının yüksəlməsi, istehlak tərzinin dəyişməsi, kənd təsərrüfatının genişlənməsi, suya olan təlabatın artması və digər səbəblər ciddi şəkildə su çatışmazlığı, xüsusən də içməli su ilə bağlı problem yaratmağa başlayıb. Dünyanın 70 faizdən çox hissəsi sudan ibarətdir, lakin bunun yalnız 3 faizi içmək üçün yararlıdır ki, onun da 2 faizini ekstrimal şəraitdə olan buzlaqlar təşkil edir. Bu isə o deməkdir ki, yalnız 1 faiz su içmək üçün yararlıdır. BMT-nin hesabatına əsasən 10 ildən sonra yəni 2030-cu ildə dünya əhalisinin yarısı içməli su problemi ilə üzləşəcək. Artıq 36 ölkə su resurslarının çatışmazlığından əziyyət çəkir. Deməli İçməli su resurslarının düzgün idarə edilməsi Azərbaycan üçün də aktualdır problemlərdəndir.

  • M.Rüstəmov və S.Ə.Şirvani küçələrində  a...

    M.Rüstəmov və S.Ə.Şirvani küçələrində abadlaşdırma və yaşıllaşdırma tədbirləri davam etdirilir

    2020-07-24

    Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır.

  • Şəhid ailələrinin, müharibə əlillərinin pr...

    Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir

    2020-07-24

    Azərbaycanda bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların ailələri, Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin nəzarəti altındadır. Həm dövlət başçısı möhtərəm cənab Preziden İlham Əliyev, həm də birinci vitse-prezidentimiz Mehriban Əliyeva hər an onların sosial-məişət problemlərini diqqət mərkəzində saxlayır, onların sağlamlığı, övladlarının təhsil və digər problemləri istiqamətində müxtəlif layihələr çərçivəsində tədbirlər həyata keçirirlər.

  • Tovuz rayonunda  mülki əhaliyə, dövlət əmlak...

    Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyan dərhal aradan qaldırılacaq

    2020-07-23

    Bütün dünyanı cənginə almış pademiya tibbi-sağlamlığ poblemləri ilə yanaşı sosial-iqtisadi, mənəvi –psixoloji çətinliklər də yaşadır insanlara. Ona görə də istər-istəməz insanlar arasında haqlı narazılıqlar, cəmiyyətdə mütəmadi olaraq sarsıntılar yaşanır. Lakin pandemiyanın ilk günlərindən Azərbaycan Dövləti başçısı cənab Prezidentimiz İlham Əliyevin göstərişi və qəbul etdiyi qərarlarla bütün qabaqlayıcı tədbirlər nəticəsində hər şey tam nəzarətə götürüldü. Bununla yanaşı xalqımız neçə illərdir ki, daha təhlükəli düşmənlə mübarizə və müharibəni davam etdiri. Torpaqlarımızın 20 faizini tapdaq altında saxlayan Ermənistan elan olunmuş atgəşkəs rejimini mütəmadi olaraq pozmaqda davam edir, təxribatlar törədir. Amma əlbəttə ki, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun vasitəsi ilə bu təxribatları qarşısı layqincə alınır və düşmənə tutarlı cavablar verilir.

  • Xətai rayon ictimaiyyətinin iştirakı ilə qanv...

    Xətai rayon ictimaiyyətinin iştirakı ilə qanvermə aksiyası keçirilib

    2020-07-22

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək və koronovirus pandemiyası zamanı ehtiyyat qan bankının zəngilənşdirilməsi məqsədilə başlanılmış xeyirxah kampaniyaya dəstək çərçivəsində, 22 iyul 2020-ci il tarixində Xətai rayon ictimaiyyətinin iştirakı ilə növbəti qanvermə aksiyası keçirilib.

  • Xətai rayonunda abadlaşdırma və yaşıllaşdı...

    Xətai rayonunda abadlaşdırma və yaşıllaşdırma tədbirləri davam etdirilir

    2020-07-21

    Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır.

  • Xətai rayonunda şəhid ailələrinə, müharibə...

    Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər+VİDEO

    2020-07-21

    Bakı, 21 iyul, AZƏRTAC İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.

  • Milli həmrəylik ümumi qələbənin əsasıdır:...

    Milli həmrəylik ümumi qələbənin əsasıdır: Siyasi partiyaların tarixi bəyanatı

    2020-07-20

    Müdrik Azərbaycan xalqı ordu-xalq birliyini 2016-cı ildə məhşur Aprel döyüşləri zamanı görmüşdü. Amma bu birliyi daha möhtəşəmliyini indi 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabı zamanı yaşadıq.

  • Xətai rayonunda abadlıq-quruculuq işləri uğur...

    Xətai rayonunda abadlıq-quruculuq işləri uğurla davam etdirilir

    2020-07-20

    Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır. Abadlıq işləri yekunlaşmaq üzrə olan növbəti küçələr M.Mehdizadə, İ.Orucova və S.Orucovdur.

  • Xətai rayonunda xüsusi karantin rejiminin tələ...

    Xətai rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir

    2020-07-20

    Xətai rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir.

  • Son günlər ərzində baş vermiş hərbi toqquş...

    Son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti şanlı qələbəmizdir

    2020-07-18

    Cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərlə yanaşı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatı ilə bağlı öz qətiyyətli mövqeyini nümayiş etdirmişdir.

  • Xətai rayonunda  küçə və prospektlərdə xüs...

    Xətai rayonunda küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

    2020-07-18

    Gün ərzində rayonun Xocalı, Gəncə, Nobel prospektlərində, Y.Səfərov, İ.Zülfüqarov, X.Məmmədov, M.Rüstəmov, Neapol, İ.İsmayılov, M.Hadi və s. küçələrində genişmiqyaslı dezinfeksiya işləri aparılırb küçələr kimyəvi məhlulla xüsusi avtomaşınlarla yuyulub.

  • Azərbaycan xalqına akademik Vaqif Abbasovun mür...

    Azərbaycan xalqına akademik Vaqif Abbasovun müraciəti

    2020-07-16

    Mənim əziz xalqım! Bu gün dünyanı bürüyən pandemiya dövrü bəşəriyyət və ayrı-ayrı dövlətlər üçün ciddi sınaqlar dövrüdür. Sənin yaratdığın dövlət bu sınaq dövründə dəqiq, vaxtında görülmüş tədbirlər sayəsində ölkə əhalisini ağır fəsadlardan qoruya bildi, insan itkimiz qonşu dövlətlərə və bir çox aparıcı dövlətlərə nisbətən azdır. Həkimlərimiz və polislərimiz hər gün həyatlarını riskə ataraq bizim sağlamlığımızın və rahatlığımızın qayğısına qalırlar. Eyni zamanda qüdrətli ordumuz Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə daha da güclənib, Cənubi Qafqazın ən güclü ordusuna çevrilib və düşmən ilə təmas xəttində ərazilərimizi rəşadətlə qoruyur. Düşmən uğurlarımızı gördükcə dəli olur, vahimələnir, ağlını itirərək təxribatlara əl atır.

  • Orduya dəstək, sabitliyi qorumaq hər bir vətə...

    Orduya dəstək, sabitliyi qorumaq hər bir vətəndaşın borcudur

    2020-07-16

    Vətən, torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsinə ucalırlar. Onlar, eyni zamanda, bu qəhrəmanlıqları ilə gənclərimizdə vətənpərvərlik hissini daha da artırır, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hücum əmrini gözləyirlər. İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olmasına bir daha işıq saldı. Bu, kimliyindən, siyasi əqidəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün qürürvericidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin daim çağırışlarının əsas mahiyyətini təşkil edən bu tezisi bir daha yada salmaq istərdik: «Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya da daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.» Təbii ki, bütün qüvvələr ordu quruculuğuna səfərbər olmalıdır. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var. Bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin təxribatının qarşısını qətiyyətlə alması da bunu bir daha təsdiqlədi.

  • Dövlətimizin və Ali Baş Komandanımızın ətr...

    Dövlətimizin və Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşmək zamanıdır!..

    2020-07-15

    Ötən gün axşam saatlarından başlayaraq paytaxtda xalqımızın Milli Ordumuza dəstək yürüşünü öz çirkin niyyətlərinə alət kimi istifadə etmək üçün hərəkətə keçən bir qrup təxribatçının törətdiyi iyrənc əməlləri sərt şəkildə qınayıram, qəti şəkildə pisləyirəm!

  • Ermənistan bu təxribatlarla işğalçı və təc...

    Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir

    2020-07-14

    Son 16 ildən artıq dövrdə ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması bu siyasətin prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da bu sahədə görülən işlərin nəticəsidir. Böyük əminliklə qeyd edirik ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri ordumuzun gücünü həm işğalçı Ermənistana, həm də dünyaya nümayiş etdirdi.

  • Prezident  İlham Əliyevin təşəbbüsü ilə BM...

    Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması bəşəriyyət üçün önəmli addımdır

    2020-07-14

    Heç kimə sirr deyil ki, bu gün Azərbaycanın prezidenti cənab İlham Əliyev bir dövlət başçısı kimi dünya liderləri, siyasətçiləri arasında özünəməxsus çəkisi olan dövlət adamı kimi tanınır. Cənab Prezidentin bütün çıxışları, nitqləri, nüfuzlu KİV-lərə verdiyi müsahibələr beynəlxalq aləmdə həmişə rəğbətlə qarşılanır. Eləcə də verdiyi önəmli təkliflər, irəli sürdüyü təşəbbüslər onun nüfuzundan xəbər verir. Elə bunlardan biri də Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri kimi cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifidir. Və bu təşəbbüs həm Qoşulmama Hərəkatı ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.

  • Xətai rayonunda  xüsusi karantin rejiminin təl...

    Xətai rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir

    2020-07-11

    Xətai rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin, aparatın məsul əməkdaşlarının, yaradılmış mobil qruplar və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində mütəmadi reydlər keçirilir.

  • Xətai rayonunda maarifləndirici reydlər hər g...

    Xətai rayonunda maarifləndirici reydlər hər gün davam etdirilir

    2020-07-09

    Xətai rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədiləhər gün maarifləndirici reydlər davam etdirilir.

  • Modul tipli xəstəxanaların istifadəyə verilm...

    Modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusla mübarizədə mühüm amillərdən biridir

    2020-07-09

    Ölkəmizin pandemiyaya qarşı mübarizə gündəliyində səhiyyə tədbirləri xüsusi yer tutur. Respublikamızda pandemiya şəraitində səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atılır ki, burada da əsas məqsəd COVİD-19-a yoluxan bütün xəstələrə məhz xəstəxana şəraitində tibbi xidmət göstərilməsini təmin etməkdən ibarətdir.

  • Xətai  rayonunda  gücləndirilmiş monitorinqlə...

    Xətai rayonunda gücləndirilmiş monitorinqlər davam etdirilir

    2020-07-06

    Xətai rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir.