Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir

18 yanvar 2017 | 11:00

18.01.2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərliyi ilə müşavirə keçirilmişdir.
Müşavirədə rayon ərazisində qeyri-qanuni tikintilərin qarşısının alınması, pilot layihə çərçivəsində qəzalı, rayonun  xarici görünüşünə xələl gətirən binaların yerində müasir çoxmənzilli, çoxmərtəbəli yaşayış evlərinin layihələndirilməsi və tikintisi, təmir olunması nəzərdə tutulan 7 binada aparılan işlərin vəziyyəti geniş müzakirə olundu. Həmçinin, yerlərdə vətəndaşların qəbullarınun təşkili, onların müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılması və təkmilləşdirilməsi, kommunal xidmət müəssisələrində əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ciddi addımlar atılmasının vacibliyi vurgulandı.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  qeyd etdi ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində, İcra Hakimiyyəti başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndiliklərinin hesabat məruzələrində  bu sahələrdə mövcud olan nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.
Qaldırılan məsələlərlə bağlı aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər