Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Paralimpiya Cüdo Klubu fəaliyyətə başlamışdır.

29 noyabr 2016 | 11:00

29 noyabr 2016-cı il tarixdə Xətai rayonunda Bakı Paralimpiya Cüdo Klubunun açılış mərasimi keçirilmişdir.Açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev, Paralimpiya Oyunları çempionu Ramil Qasımov, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xalid Məmmədov, idman ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişdir.
Açılış mərasimində çıxış edən natiqlər idman ictimaiyyətini bu əlamətdar hadisə münasibəti ilə təbrik etmiş, yeni klubun Xətai rayon gənclərinin idmana cəlb olunmasına təkan verəcəyini,gənclərin fiziki sağlamlığının qorunmasında, onların idmana marağının artırılmasında, habelə ölkə idmanının inkişafında  əhəmiyyətli rol oynayacağını vurğulamış, rayon ərazisində fəaliyyət göstərən idman klubları və respublika əhəmiyyətli idman qurğularınının sırasına yeni qoşulan Paralimpiya Cüdu Klubunun gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Klubun rəhbəri, Paralimpiya çempionu Ramin İbrahimov bildirmişdir ki, klubda fiziki məhdudiyyətli idmançılarla yanaşı sağlam yeniyetmə və gənclərin də məşq etməsi fiziki məhdudiyyətli idmançıların cəmiyyətə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır.

 

Keçidlər