Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 6 ünvanda “Nümunəvi həyət”lər sakinlərin istifadəsinə verildi

30 noyabr 2016 | 11:00

Son illər ərzində əhalinin istirahətini təmin etmək məqsədilə Xətai rayonu ərazisində yeni yaşılıq zolaqları, park və meydanlar salınır. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə "Nümunəvi həyət"in salınması da görülən işlərin tərkib hissəsidir.
30.11.2016-cı il tarixdə rayon ərazisindəki 6 ünvanda- Nobel prospekti 7, Cavanşir küçəsi 2, X.Məmmədov küçəsi 4b, N.Tusi küçəsi 49, M.Rüstəmov küçəsi 2, G. Mehmandarov küçəsi 26 ünvanlarında yerləşən binaların qarşısında   “Nümunəvi həyət”lər istifadəyə verildi.
Hər bir “Nümunəvi həyət” müasir standartlara uyğun şəkildə tikilib. Dövlət başçısının ölkədə ekoloji tarazlığın qorunması ilə bağlı verdiyin tapşırıqların icrasına uyğun olaraq nümunəvi həyətlərdə yeni yaşıllıq örtükləri salınıb. Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif növ atraksionlar quraşdırılıb.
Açılış tədbirlərində çıxış edən Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Z.Əkbərov bildirdi ki, cənab Prezient İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rayonda əsaslı və kompleks yenidənqurma işləri görülür. Son illərdə dövlət başçısının Xətai rayonuna etdiyi səfərlər, rayonda gedən quruculuq və abadlıq işlərinə güclü təkan verib. Rayon icra hakimiyyətinin səyyar və yerli qəbullar zamanı sakinlər tərəfindən yeni yaşıllıqların salınması ilə bağlı qaldırlılan məsələlər də həllini tapır. Bununla bağlı rayon İcra Hakimiyyəti tərəfindən komissiya yaradılıb və tədbirlər planı hazırlanıb. Son illər ərzində rayon ərazisində 5-dən çox park salınıb. İndiyədək müxtəlif ərazilərdə 70-ə yaxın abad həyət qurulub. “Nümunəvi həyət”in salınması işləri   davam etdirilir.
Çıxış edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər. Sonra sakinləri narahat edən məsələlər dinlənildi. Problemlərin qısa zaman ərzində həll edilməsi istiqamətində yerli struktur bölmələrin rəhbərlərinə göstərişlər verildi.

Keçidlər