Şriftin ölçüsü :

Saytın rəngi :

“Stolüstü Tennis” idman növü üzrə yarış keçirilmişdir

29 noyabr 2016 | 11:00

Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə   Heydər Əliyev adına Liseyin idman zalında rayon məktəblilərinin XXIX Spartakiadasının proqramına daxil olan “Stolüstü Tennis” idman növü üzrə yarış keçirilmişdir.
Yarışda rayonun 17 məktəb komandasının tərkibində 85 nəfər məktəbli (onlardan 34 nəfəri qızlardır) iştirak etmişdir.Yarışda  birinci  yeri Heydər Əliyev adına Liseyin, ikinci  yeri Kaspi “Ağ Şəhər” Liseyinin, üçüncü yeri 257 №li tam orta məktəbin komandaları tutmuşdur.
Qalib gəlmiş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar. Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası “Stolüstü Tennis” idman növü üzrə  Bakı şəhər məktəbliləri arasında keçiriləcək turnirə vəsiqə qazanmışdır.

Keçidlər