Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunun məktəbliləri arasında keçirilən üzgüçülük yarışlarına yekun vurulub

23 avqust 2016 | 11:00

23.08.2016-cı il tarixdə Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Rio-2016" Olimpiya Oyunları çərçivəsində üzgüçülük yarışları keçirildi. Yarışlarda 72 nəfər rayon məktəblisi 4 üsul üzrə öz qüvvələri sınadı və   qaliblər müəyyənləşdi.
Qalibləri təbrik edən Xətai rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva bildirdi ki, bu gün ölkədə aparılan islahatlar idman sahəsində də özünü göstərir. Brazilayda keçirilən "Rio-2016" Olimpiya Oyunlarında medal sayına görə idmançılarımızın əldə etdiyi uğurlar və  digər beynəlxalq turnirlərdə qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. Medal sayı baxımından ölkəmiz dünyada 207 ölkə arasında 15-ci olub. Avropa ölkələri arasında yeddinci, İslam dövlətləri arasında birinci, MDB məkanında isə ikinci yerdədir. Bu da öz növbəsində idman sahəsinin uğurlu inkişafının göstəricisidir. Tədbirdə o da qeyd olundu ki, son illlər Xətai rayonunda gənclərin sağlamlığının qorunması, idmanın maddi texniki bazasının inkişafı istiqamətində mühüm işlər görülüb. Təkcə bu il ərzində rayon ərazisində müxtəlif beynəlxalq yarışlar keçirilib, idman sahəsində uğurlar qazanılıb. Bu cür tədbirlərin keçirilməsində məqsəd ölkədə gənclərin idmana marağını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkil etməkdir.
Digər çıxışlarda Azərbaycan idmançılarının bir sıra beynəlxalq yarışlarda qazandığı uğurların, ölkənin hər yerində açılan yeni-yeni olimpiya mərkəzlərinin, idman arenalarının, idmançılara yaradılan şəraitin əhəmiyyəti vurğulandı.
Sonda Xətai rayon məktəbliləri arasında keçirilən üzgüçülük yarışlarında birinci, ikinci, üçüncü yeri tutan məktəblilərə diplom və medallar təqdim olundu.

Keçidlər