Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Nümunəvi həyət”lər salınır

20 avqust 2016 | 11:00

Dövlət başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq   Xətai rayonunun simasının gözəlləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər geniş vüsət alıb. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə “nümunəvi həyət”lərin salınması da görülən işlərin tərkib hissəsidir. Son illər ərzində rayon ərazisində 5-dən çox park salınıb. İndiyənədək müxtəlif ərazilərdə 70-ə yaxın abad həyət salınıb.
Sakinlərin müraciətlərini əsasında bir sıra parkların və binaların qarşısında 31 yeni abad məhəllənin salınması işləri isə davam etdirilir. Zığ yolu boyunca və Afiyəddin Cəlilov küçəsində  həyətyanı sahələrdə sakinlərin istirahət üçün hər cür şərait yaradılıb. Burada idman meydançaları, oturacaq və günlüklər quraşdırılıb,ərazidə təmizlik işləri aparılıb, qurumuş ağaclar kəsilib, yarımçıq tikililər sökülüb. Sakinlərin rahat istirahətini təmin etmək məqsədilə inşa olunan nümunəvi park müasir standartlara uyğun şəkildə tikilir.
Dövlət başçısının ölkədə ekoloji tarazlığın qorunması lə bağlı verdiyin tapşırıqların icrasına uyğun olaraq nümunəvi həyətlərdə yeni yaşıllıq örtüklərinin salınır. Uşaqların  asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif növ atraksionlar quraşdırılıb.
Rayon ərazisində yeni müasir parkaların salınması gələcəkdə də davam etdiriləcək. Gənclik parkı adlanan ərazidə Heydər Əliyev Fondunun layihəsi əsasında yeni parkın salınması həyata keçiriləcək.
Rayon icra hakimiyyətinin səyyar və yerli qəbulları zamanı sakinlər tərəfindən yeni yaşıllıqların salınması ilə bağlı qaldırlılan məsələlər də həllini tapır. Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən komissiya yaradılıb və tədbirlər planı hazırlanıb. Hazırda rayonun bir sıra ərazilərində qanunsuz hasarlanan ərazilərin sökülməsinə başlanılıb.Abadlaşdırma layihələri çərçivəsində rayon ərazisində iməcliklərdə keçirilib, ərazilər zibilliklərdən təmizlənib, qurumuş ağaclar kəsilib. Ekoloji tarazlığın qorunması məqsədilə keçirilən rayon iməcilikləri bir sıra küçə və prospektlərlə yanaşı səhiyyə ocaqlarının həyətlərində də aparılıb.

Keçidlər