Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi məsələləri müzakirə olunmuşdur

21 iyul 2016 | 11:00

Rayon İcra Hakimiyyətinin Başçısı cənab Razim Məmmədov iclası giriş nitqi ilə açaraq Nazirlər Kabinetinin 10 iyul 2016-cı il tarixli iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  çıxışı, icra orqanlarının qarşısında qoyduğu yeni vəzifələr barədə ətraflı məlumat verdi. Bildirdi ki, Cari ilin birinci yarısında rayonunumuzun makro iqtisadi göstəricilərində müsbət dinamka olmuş,rayonun sosial-iqtisadi və mədəni həyatı inkişafında irəliləyişlər olmuş və rayonda yadda qalan tədbirlər həyata keçirilmişdir.
Birinci rübün hesabatında qeyd olunduğu kimi cənab Prezidentin, dövlət və hökumət nümayəndələrinin, respublikanın ziyalılarının və ictimaiyyətin iştirakı ilə  faciənin 24-cü il dönümündə Xocalı abidəsi  ziyarət olunmuş, Novruz bayramı və Azərbaycanlıların soyqırım günü ərəfəsində rayonumuzun idarə,müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrində müxtəlif tədbirlər keçirilmişdir.
Cənab Prezidentin son dövrdə yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı rayon icra Hakimiyyəti ilin birinci yarısında da məqsədyönlü tədbirlər həyata keçirmiş,ölkəmizin bütün bölgələrində olduğu kimi paytaxtımızın mərkəzi rayonlarından birinə çevrilmiş Xətaidə də geniş abadlıq-quruculuq işləri,çoxsaylı tikinti-təmir işləri aparılmış,yaşıllıqlar salınmış,bir sıra binaların fasadları yenidən qurulmuş,məhəllələr və həyətlər abadlaşdırılaraq nümunəvi vəziyyətə gətirilmişdir.
Şıxlinski 1-3-23, M.Rüstəmov 15-17-21, Şirvani küçəsi 10-12 və 14 saylı binaların ətrafı qarşısı müxtəlif növ çəpərlərdən təmizlənərək uşaq əyləncə elementləri, kölgəliklər və skamyalar quraşdırımış,bu ərazilərə yaşıl örtüklər və 12000 kvm-dək asfalt örtüyü salınmışdır. Bu ünvanlarda yaradılmış şərait sakinlərin, eləcə də məhəllələrdəki azyaşlı uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə tam şərait yaradır. Ərazidə bu kimi işlər davam etdirilməklə yanaşı Sabit Orucov küçəsində 3 ədəd,Ramiz Quliyev və M,Hadi küçələrinin hər birində isə 1 ədəd yaşayış binasında təmir işləri aparılır.
Qeyd olundu ki, İlin birinci yarısında rayonda aparılan abadlaşma və yenidən qurma işlərinin həcmi artmış, Bakı Ağ şəhər layihəsinin inşaası sürətlə davam etdirilmiş, Nobel prospektindən Xəqani Rüstəmov küçəsi istiqamətində yeraltı keçidin və Xəqani Rüstəmov küçəsinin Babək prospeki ilə birləşdirilməsi məqsədi ilə yeni yolun tikintisi, Dövlət Proqramına uyğun 261 və 265 saylı orta ümumtəhsil məktəblərində əsaslı təmir işləri davam etdirilmişdir.
Hesabat dövründə rayonun sənaye müəssisələri tərəfindən 420 milyon 745.3 min manatlıq  sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, əhaliyə göstərilən nəqliyyat xidmətindən ötən illə müqayisədə 48,7 faiz çox yəni 335 milyon 474,3 min manat gəlir əldə edilmiş,əhaliyə 16  milyon 252,6 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çox rabitə xidməti göstərilmişdir.
      2016-cı ilin  yanvar-iyun  aylarında  istehlakçılara  421 milyon 166.0  min  manatlıq  və  ya  bütün  sənaye  istehsalının  100.1  faizi  qədər  sənaye  məhsulu  göndərilmiş,  sənaye  müəssisələrinin  anbarlarında  1 milyon 149.5  min  manatlıq  hazır  məhsul   yığılıb  qalmışdır.
       Sənaye məhsulunun 0.7 faizi mədənçıxarma, 10.8 faizi emal, 86.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1.7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.
Cari ilin birinci yarısında rayonun  tikinti  kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə  mənbələri  hesabına  35 milyon  815.5  min  manat  məbləğində  investisiyadan  istifadə  edilmişdir. 
       İstehlak bazarı da dinamik inkişaf etmiş, rayon ərazisində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 928 milyon 867,7 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 35,1 faiz çox əmtəə satılmışdır. Pərakəndə  ticarət dövriyyəsinin 100.0 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür.
     Həmin dövrdə xidmət müəssisələri tərəfindən əhaliyə 283 milyon 754.7 min manatlıq, yaxud 2015-ci ilin müvafiq dövrünə nisbətən 37.7 faiz çox pullu xidmətlər göstərilmiş və bu  xidmətlərin 77.4 faizi özəl bölmə tərəfindən həyata keçirilmişdir.
    2016-cı ilin birinci yarısında əhaliyə 29 milyon 850,1 min  manatlıq  və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz çox iaşə xidməti göstərilmişdir.
Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər tərəfindən əhaliyə 21 milyon 730,9 min manatlıq iaişə xidməti göstərilmişdir ki,bu da keçən ilin eyni dövründəkindən 4,4 faiz çox olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin 20,2 faizini məişət xidməti təşkil etmiş, bu xidmət növü əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 57 milyon 338,6 min manat təşkil etmişdir.
Hesabat dövründə rayonun iqtisadiyyatında məşğul olanların sayı 53961 nəfər olmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı  rayon üzrə 765,5 manat təşkil etmişdir ki, bu da  əvvəlki illə müqayisədə 16,8. faiz çox deməkdir. Sənaye  müəssisələrində çalışanların orta aylıq əmək  haqqı  yanvar-iyun aylarında əvvəlki ilin müvafiq
dövrünə nisbətən 6.8 faiz artaraq 700.5 manat, tikinti  kompleksində  70.6 faiz  artaraq 1615.7  manat  olmuşdur.
Rayon İcra Hakimiyyətinin 6 aylıq fəaliyyətində iqtisadi durumun yaxşılaşdırılması,dotasiyadan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması,investisiyaların cəlb edilməsi,kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlığının artırılması üçün münbit şəraitin yaradılması,yerli infrastruktur layihələrin icra olunması,yeni istehsal və emal müəssisələrinin açılması,məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrası da aparıcı yer tutmuşdur.Rayon İcra Hakimiyyəti Başçısının aparatı,Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər,ikili tabelikdə olan yerli strukturlar,müəssisə və təşkilatların rəhbərləri üzərlərinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşmış, bütün sahələrdə uğurlar qazanılmasını təmin etmişdir.
Belə ki,rayon MKTB tərəfindən binadaxili  670 p\m su,725 p\m kanalizasiya,625 p\m yağış su navalçaları dəyişdirilmiş,1030 mənzildə tüstü bacaları və havasorucu kanallar təmizlənmiş,213 ədəd qapı layı təmir olunmuş, 200 p\m ümumi istifadə olunan yerlər şüşələnmiş,7148 kvm liftlərin damı təmir olunmuşdur.Əlavə olaraq rayon Sukanal idarəsi tərəfindən binadaxili 260 p\m su xətti,457 p\m kanalizasiya xətti dəyişdirilmiş,rayon əhalisinin 84,1 faizi yəni 243035 nəfəri fasiləsiz su ilə təmin olunmuşdur.
Rayonda 6300 p\m müxtəlif diametrli qaz xətti çəkilmiş, 40 TM-də 5238 metr 0,4 kv-luq kabel xəttləri əsaslı təmir olunmuş, parakəndə kabellər komplektləşdirilmiş və 10 TM-də əsaslı təmir işləri aparılmışdır.
Liftlərin dayanma faizi keçən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 0,35 faiz təşkil etmişdir.
Ölkə rəhbərinin tapşırığına uyğun olaraq yeni iş yerlərinin yaradılması istiqamətində rayon İcra hakimiyyəti tərəfindən tədbirlər həyata keçirilir.2016-cı ilin birinci yarısında  2856 yeni iş yerləri yaradılmışdır ki, bunun 408 nəfəri yeni yaradılmış müəssisələrdə, 536 nəfəri mövcud müəssisələrdə, 51 nəfəri fəaliyyətini bərpa etmiş müəssisələrdə, 1861 nəfəri isə  fiziki şəxslər tərəfindən yaradılmış iş yerləri olmuşdur.
Cari ilin birinci yarısında Xətai rayon Məşğulluq Mərkəzinə 5321  nəfər müraciət etmişdir ki, bunların da 4217  nəfəri işaxtaran vətəndaş kimi qeydiyyatdan keçmişdir.
2016 – cı il üçün nəzərdə tutulmuş “Ərazi Məşğulluq Proqramı”na əsasən, ikin 6 ayında müraciət edən vətəndaşların 659 nəfəri daimi işlə təmin edilmişdir. Mərkəz tərəfindən işlə təmin edilən vətəndaşlardan 248  nəfəri qulluqçu vəzifələrinə, 411  nəfəri isə fəhlə peşələri üzrə işlə təmin olunmuşlar.Bu müddətdə 412 nəfərə işsizlik statusu verilmiş,təkrar müavinət təyin olunanlarla birlikdə 422 nəfərə işsizlik müavinəti verilmişdir.
Fevralın 1-dən işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılıb. Bu əlavə maliyyə imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də vətəndaşların işsiz qalma risklərinin qarşılanmasına yönəldilib.
Əmək münasibətlərinin şəffaflaşdırılmasını təmin edən və əmək bazarı ilə bağlı dolğun və obyektiv informasiya bazası formalaşdıran əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi əmək münasibətlərinə birbaşa və operativ nəzarətin həyata keçirilməsinə imkan yaradıb.
Əhalinin sosial müdafiəsi sahəsində Ünvanlı Dövlət Sosial Yardımı təyini üzrə Ölkə başçısının müvafiq fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində yaradılmış Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqinə başlanılması ilə əlaqədar müraciət edən aztəminatlı ailələrə elektron xidmət və şəffaflığın təmin edilməsi üçün Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində “Yardım masası” yaradılmış və
“Azərpoçt” MMC-nin Xətai rayonu 3 saylı Poçt Filialınının 129 və 15 saylı poçt şöbələrində infoköşk quraşdırılmışdır.
“Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən hər il olduğu kimi pensiyaların sığorta hissəsi illik infilyasiya dərəcəsinə uyğun indeksləşdirilmiş,rayon üzrə 35455 nəfər pensiyaçıya şamil olunmuş və bu məqsədlə əlavə olaraq 123,2 min manat vəsait ödənilmişdir. Cari ilin fevral ayından 35154 nəfər pensiyaçının pensiyaları da 10 faiz artırılmış, aylıq artım məbləği 356,7 min manat təşkil etmişdir.
Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, keçən dövr ərzində rayon İcra Hakimiyyəti sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən və qəzalı vəziyyətdə olan 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 çoxmənzilli yaşayış binalarının sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə əlaqədar müvafiq işlər görmüşdür. Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılmasının sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması üçün  bu komitəyə müraciət olunmuş, hazırda bu sahədə işlər davam etdirilir.
Rayon ərazisindəki qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təminatı, həmçinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması da rayon İcra Hakimiyyətinin diqqətində olmuşdur. Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217 s saylı sərancamı əsasında qəzalı vəziyyətdə olan iki yataqxana binasında yaşayan 186 ailənin, o cümlədən 25 məcburi köçkün ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin ailələrə 45 min manat maddi yardım göstərilərək onların köçürülmələri təmin edilmiş və hazırda hər iki yataqxana binasının söküntüsü aparılır.
2015-2016-cı tədris ilində 3260 nəfər IX şagirdlərindən 3232 nəfəri,2628 nəfər XI sinif şagirdlərindən isə 2604 nəfəri imtahalara buraxılmış,onlardan müvafiq olaraq 82 və 87 faizi müsbət qiymət almış, göstəriciləri uyğun olduğundan 5 məzunumuz qızıl medala təqdim olunmuşdur.
Hesabat dövründə xüsusi əhəmiyyətə malik və rayon İcra Hakimiyyəti tərəfindən uğurla icra olunan tədbirlərdən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin fevral ayının 1-dən may ayının 2-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıq olmuşdur.Bu tapşırıq da rayonda uğurla icra edilmiş və yaşı 18 dən yuxarı olan 208491  nəfərdən 151282 nəfəri (72,56 faizi) tibbi müayinədən keçirilmiş, bunlardan 11910 nəfəri ambulator müalicəyə, 1155 nəfəri stasionar müalicəyə qəbul edilmişlər.
İlin birinci rübü ərzində görülmüş işlərin davamı olaraq rayon icra hakimiyyəti ikinci rübdə də bir sıra tədbirlər və toplantılar keçirmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 93 illik yubileylərinin yüksək səviyyədə keçirilməsi münasibətilə rayon İcra Hakimiyyəti Başçısının Sərəncamları ilə tədbirlər planı təsdiq olunmuşdur.
Tədbirlər Planına uyğun olaraq orta ümumtəhsil məktəbləri arasında müxtəlif idman yarışları, inşa yazı və şer müsabiqələri, dəyirmi masa və yığıncaq xarakterli tədbirlər keçirilmişdir. Eyni zamanda Ulu öndərin 93 illik yubileyi ərəfəsində rayon ictimaiyyətinin, eləcə də rayonun fəal gənclərinin Heydər Əliyev Mərkəzinə ziyarəti də təşkil olunan tədbirlərdəndir.
İlin birinci yarısını səciyyələndirən tədbirlər sırasında ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi və yaşadılması da yer almışdır.
Hesabat dövründə ərzində mühüm tədbirlərdən biri də Türkiyənin Tarsus şəhərində ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən tədbir olmuşdur. Qeyd olunmalıdır ki, Xətai rayonu ilə Türkiyə Respublikasının Tarsus şəhəri 2007-ci ildə qardaşlaşmışdır. Bu münasibətlə Tarsus
şəhərində Ulu öndər Heydər Əliyevin adına körpü tikilmiş, eləcə də körpünün yaxılığında yerləşən 2,5 hektar ərazidə Ümummilli lider Heydər Əliyevin adına yeni park salınmış və heykəli ucaldılmışdır. 5 may 2015-ci il tarixdə Heydər Əliyev parkının və Ümummilli liderin burada ucaldılan abidəsinin təntənəli açılış mərasimi keçirilmişdir.
          Ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə 03-05 may 2016-cı il tarixlərdə Türkiyə Respublikasının Tarsus şəhərində keçirilmiş tədbirlərdə iştirak etmək üçün rayonumuzdan olan nümayəndə heyəti Tarsus şəhərində səfərdə olmuşdur.
           Səfər çərçivəsində tərtib olunmuş proqrama əsasən nümayəndə heyətinin iştirakı ilə ilk görüş Mersin Böyükşəhər Bələdiyyəsində keçirilmişdir. Görüşdə səmimi qəbula görə nümayəndə heyəti adından Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bələdiyyə sədrinə minnətdarlığını bildirərək, Azərbaycan və Türkiyə arasında mövcud dostluq əlaqələrindən danışmışdır. Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz isə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, güclənməsi, ölkənin Türkiyə ilə münasibətlərinin inkişafı və digər sahələrdəki misilsiz xidmətlərindən söz açmışdır. Görüşdə xalqlarımızın qədim mədəniyyətlərini əks etdirən qarşılıqlı hədiyələr təqdim edilmişdir. Daha sonra Tarsus şəhər Bələdiyyəsində keçirilən tədbirdə Bələdiyyənin sədri Şövkət Can Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovu, millət vəkilləri Hüseynbala Mirələmov və Fuad Muradovu, eləcə də  onları müşayət edən nümayəndə heyətini səmimi salamlayaraq mövcud qardaşlıq münasibətlərindən söz açmış, Ulu öndər Heydər Əliyey adına parkdakı vəziyyət barədə nümayəndə heyətinə məlumat vermişdir. Eyni zamanda görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanları haqqında ətraflı fikir mübadiləsi aparılmış,tələbə mübadiləsi, müxtəlif birgə tədbirlərin təşkil edilməsi, Xətai rayonu və Tarsusda fəaliyyət göstərən orta ümumtəhsil məktəbləri arasında da qardaşlıq əlaqələrinin yaradılması qərara alınmış, mövcud əməkdaşlığın daha da sıxlaşdırılması məqsədilə Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov Mersin və Tarsus bələdiyyələrinin sədrlərindən ibarət nümayəndə heyətini 2016-cı ilin iyul-avqust aylarında Bakı şəhəri, eləcə də Xətai rayonunu ziyarət etməyə dəvət etmişdir. Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı Tarsusda təşkil edilən tədbir dahi şəxsiyyətin adını daşıyan parkda keçirilmişdir. Tədbirdə Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz, Tarsus bələdiyyəsinin sədri Şövkət Can, Türkiyənin elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri, QHT rəhbərləri, tələbələr və şagirdlər iştirak etmişlər. Əvvəlcə Türk dünyasının iki dahi şəxsiyyəti Heydər Əliyev və Mustafa Kamal Atatürk, Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin ehtiramla yad edilmiş, iki ölkənin dövlət himnləri səslənmişdir. Daha sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, Millət vəkili, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz və Tarsus bələdiyyəsinin sədri Şevkət Can çıxış edərək Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, türk dünyası qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycan ilə Türkiyə arasında daim inkişaf edən münasibətlərdən, region ölkələrinin kompleks inkişafına hesablanmış strategiyanın tarixi əhəmiyyətindən danışmışlar. Çıxışlarda əminliklə qeyd olundu ki, Heydər Əliyevin xatirəsinə göstərilən bu ehtiram onun şəxsiyyətinin ucalığının timsalında Tarsus şəhərinin sürətli inkişafına özünəməxsus təsir göstərəcək. Ulu öndərin adını daşıyan parka gələn hər bir şəxs Azərbaycanın xilaskar oğlu Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edir. Tədbirdə həmçinin Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələrindən, o cümlədən artıq bəhrə verən bir sıra birgə irimiqyaslı layihələrin əhəmiyyətindən danışılmışdır. Eyni zamanda Parkda quraşdırılmış rəngli monitorda Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən filmə baxılmış, yerli uşaq yaradıcılıq mərkəzinin çıxışı izlənilmişdir. Daha sonra Ulu Öndər Heydər Əliyevin parkdakı əzəmətli heykəli önünə tər çiçəklər düzülmüş, dahi şəxsiyyətin əziz xatirəsi bir daha ehtiramla yad edilmişdir. Tədbir iştirakçıları parkı gəzərək, Heydər Əliyev körpüsünə də baxış keçirmişlər.
Eyni zamanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı tədbirlər Mersin və Tarsusun təhsil müəssisələrində də keçirilmişdir. Belə ki, Tarsus şəhərin ən nüfuzlu tədris müəssisələridnən biri olan “Kampus” kollecində baş tutan tədbirdə, şagirdlər Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərini səmimiyyətlə qarşılamış, Ulu öndər Heydər Əliyev və Azərbaycanla bağlı şeirlər səsləndirmişlər. Kollecin rəhbərliyi və müəllimlərlə keçirilən görüşdə isə Türk dünyasının
yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığına verdiyi misilsiz tövhələr bir daha qeyd olunmuşdur.
Səfər çərçivəsində Tarsusda yenidən qurulmuş bir sıra irihəcmli sosial obyektlərin açılışlarında da iştirak edilmişdir.
Keçirilən bütün tədbirlər Türkiyə və Azərbaycan mətbuatında geniş şəkildə işıqlanmışdır.
Hesabat dövründə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “1 iyun Uşaqların beynəlxalq müdafiəsi günü”, “Milli qurtuluş günü, “Gənclərin ordu sıralarına yola salma mərasimi”, Ramazan bayramı münasibətilə iftar süfrəsinin verilməsi kimi tədbirlər keçirilmişdir.
Multikulturalizm ili ilə bağlı keçən dövrdə rayonumuzda da silsilə tədbirlər təşkil olunmuşdur. Təsdiq olunmuş xüsusi tədbirlər planına uyğun olaraq “MULTİKULTURALİZM VƏ DİNİ DÖZÜMLÜLÜK AZƏRBAYCANDA DÖVLƏT SIYASƏTİDİR” MÖVZUSUNDA orta ümumtəhsil ocaqlarında silsilə tədbirlərin keçirilmişdir. Eyni zamanda “Multikulturalizm ili” çərçivəsində rayonumuzdakı Heydər Əliyev parkında rayon İcra Hakimiyyətinin və Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə möhtəşəm konsert proqramı təşkil olunmuşdur.Tədbirdə Yaponiyanın tanınmış “ Va-Liqa” musiqi qrupu və Azərbaycanın muğam üçlüyü birgə ifalarla çıxış etmişlər.Tədbirdə çoxsaylı qonaqlarla yanaşı Yaponiya,Koreya, Ruminiya, Ukrayna, Türkiyyə, İsrail, Hindistan, Kolumbiya və Serbiyanın səfirləri və ya səfirliklərin nümayəndələri,eləcədə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığın Bakı ofisinin rəhbəri  iştirak etmişlər.
Gənclər siyasətinin Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğundan, hesabat dövrü ərzində rayon Gənclər və İdman İdarəsi ilə sıx əməkdaşlıq etmiş, birgə milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, rayonun ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması istiqamətində də bir sıra işlər görmüşdür.
Cari dövrdə Gənclər və İdman idarəsi ilə birgə narkomaniyanın fəsadları ilə bağlı yeniyetmə və gənclərlə maarifləndirici görüşlər, erkən nigaha qarşı mübarizə, ailə-məişət zorakılığı ilə bağlı dəyirmi masa, “Gənc ailə” mövzusunda foto şəkil müsabiqəsi kimi tədbirlər də keçirilmişdir. Eləcə də gənclərin hərbi vətənpərvərlik hissinin aşılanması, idmanın kütləviliyinin artırılması istiqamətində də silsilə tədbirlər keçirilmiş, bu tədbirlərin intensivliyinin artırılması istiqamətində müvafiq təşkilati işlər görülmüşdür.
Rayon ərazisində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili daim nəzarətdə saxlanılmış, burada sanitar təmizliyə, qiymət intizamına nəzarət gücləndirilmişdir.
Xətai və Əhmədli bələdiyyələri ilə birgə fəaliyyət planı əsasında iş aparılmış, bələdiyyələrlə işin təşkili ilə bağlı əlaqələndirmə şurasının fəaliyyəti yaxşılaşdırılmışdır.
Rayon İcra hakimiyyəti başıçısı Aparatında, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir. İlin birinci yarısında RİH başçısı Aparatına vətəndaşlardan 1673 ərizə və müraciəti daxil olmuşdur.Həmin ərizələr yerində araşdırılmış,onlara,həmçinin əlavə olaraq Başçının qəbullarında və səyyar görüş-qəbullarında olmuş 636 nəfərin müraciətləri ilə əlaqədar qanunamüvafiq  tədbirlər görülmüş və vətəndaşlar məlumatlandırılmışdır.
Rayonun hüquq-mühafizə orqanları  ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.

Keçidlər