Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Milli Qurtuluş Günü” böyük coşqu ilə qeyd olundu

13 iyun 2016 | 11:00

Hər il olduğu kimi bu il də  “Milli Qurtuluş günü” Xətai rayonunda  təntənəli şəkildə qeyd olundu.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Parkında təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, huquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət sahələrinin kollektivləri, veteran və gənclər təşkilatlarının üzvləri, rayon ictimaiyyəti  və KİV nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzdülər.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək  bu günün əhəmiyyətindən, Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin o ağır dövrdə qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanın daxili və xarici düşmənlərinin ölkəmiz üçün hazırlanmış planlarını puça çıxarmasından  və tez bir zamanda inkişaf yoluna başlamasından danışdı. Məhz dünya şöhrətli siyasətçi Heydər Əliyevin qətiyyətli siyasi kursu, neft strategiyası, bütün sahələrdə həyata keçirdiyi davamlı islahatlar tezliklə ölkəmizi dünyanın aparıcı dövlətlərindən birinə çevirdi. Bu gün də bu dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  apardığı davamlı siyasət Azərbaycanımızı regionun lider dövlətinə, dünyada öz yeri və nüfuzu olan bir ölkəsinə çevirib. Eləcə də ölkənin birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti, tarixi  dünyada tanınır. Bu gün Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və dünyanın ən tolerant ölkələri sırasındadır.
Tədbirdə  şıxış edən YAP Gənclər təşkilatının sədr müavini Nuranə Şıxəliyeva, YAP Qadınlar Şurasının sədri Aygün Əhmədli, professor Adil Babayev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Millət vəkili, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və başqaları o dövrün tarixi hadisələrindən, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərdən danışdılar.
Tədbir tanınmış incəsənət ustalarının və özfəaliyyət kollektivlərinin bayram konserti ilə davam etdi.

Keçidlər