Şriftin ölçüsü :

Saytın rəngi :

28 May-Respublika Günü münasibətilə bədii-qiraət müsabiqəsi

25 may 2016 | 11:00

25 may 2016-cı il tarixdə 249 № li tam orta məktəbdə 28 May-Respublika Günü münasibətilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında bədii-qiraət müsabiqəsi keçirilmişdir. Müsabiqədə müxtəlif yaş qruplaından ibarət məktəblilər iştirak etmişdir.
Müsabiqənin yekun nəticələrinə görə 269 № li tam orta məktəbin 1c sinif şagirdi Sultanova Zəhra I yerə, 58 № li tam orta məktəbin 9 b sinif şagirdi Qasımlı Şəfəq, 63 № li tam orta məktəbin 9 b sinif şagirdi Tahirova Nazənin, 98 № li tam orta məktəbin 4 a sinif şagirdi II yerə, 245 № li tam orta məktəbin 5 e sinif şagirdi Vəlikişizadə Aydan, 249 № li tam orta məktəbin 8 b sinif şagirdi Əsədullayeva Nuranə, 257 № li tam orta məktəbin 8 c sinif şagirdi Babayeva Arzu III yerə layiq görülmüşdür.
Qaliblər Xətai rayon Gənclər və İdman İdarəsinin diplomları ilə  mükafatlandırılmışlar.

Keçidlər