Şriftin ölçüsü :

Saytın rəngi :

“Güllə atıcılığı” üzrə yarış keçirilmişdir.

05 fevral 2016 | 11:00

Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 03 -04 fevral 2016-cı il tarixlərdə 171 №li tam orta məktəbin atıcılıq tirində rayon məktəblilərinin XXVIII Spartakiadasının proqramına daxil olan “Güllə atıcılığı” üzrə yarış keçirilmişdir.
Yarışda rayonun 36 məktəb komandası tərkibində 144 nəfər   məktəbli  iştirak etmişdir.
Yarışda  birinci  yeri 171 №li, ikinci  yeri 269 №li, üçüncü yeri 261 №li tam orta məktəblərin komandaları tutmuşlar.
Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.

Keçidlər