Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Stolüstü Tennis” idman növü üzrə yarış keçirilmişdir.

26 noyabr 2015 | 11:00

Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 23-26 noyabr 2015-ci il tarixlərdə Heydər Əliyev adına Liseyin idman zalında rayon məktəblilərinin XXVIII Spartakiadasının proqramına daxil olan “Stolüstü Tennis” idman növü üzrə yarış keçirilmişdir.
Yarışda rayonun 21 məktəb komandası tərkibində 105 nəfər məktəbli (onlardan 42 nəfəri qızlardır) iştirak etmişdir.Yarışda  birinci  yeri 27 №li tam orta məktəbin, ikinci  yeri Heydər Əliyev adına Lİseyin, üçüncü yeri 245 №li tam orta məktəbin komandaları tutmuşlar.
Qalib gəlmiş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar. Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası “Stolüstü Tennis” idman növü üzrə  Bakı şəhər məktəbliləri arasında keçiriləcək yarışa vəsiqə qazanmışdır.

Keçidlər