Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Gül Bayramı böyük coşqu ilə keçirilmişdir.

12 may 2015 | 10:00

Rayonun Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi münasibətilə təşkil olunmuş Gül bayramı bu il də möhtəşəmliliyi ilə yadda qalıb. Paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının maraqla iştirak etdiyi bayram tədbirində minlərlə adam iştirak edib.
    Tədbir iştirakçıları əvvəlcə parkda Ulu Öndərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə tər çiçək dəstələri düzüblər.
   Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun, Milli Məclisin deputatlarının qardaş Türkiyə, Belarus Respublikalarından, Yaponiyadan gəlmiş qonaqların, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi Gül bayramını yeddi mindən çox rayon sakini izləyib. Onlar yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgiyə maraqla tamaşa ediblər.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Gül bayramının keçirilməsi görkəmli şəxsiyyətin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də paytaxt sakinlərinin istirahətinin daha mənalı təşkili baxımından gözəl təşəbbüsdür. Burada rayonun 15 səhiyyə obyekti, 38 orta məktəb, internat evləri, 47 uşaq bağçası və məktəbdənkənar təhsil müəssisəsi şagirdlərinin iki mindən çox əl işi, o cümlədən rəsm əsərləri, rəngkarlıq, qrafika, heykəltəraşlıq, xalçaçılıq nümunələri, həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlər nümayiş olunub. Gözəl güllərdən, bitki və yarpaqlardan, otlardan hazırlanan rəngarəng kompozisiyalar gözoxşayan görünüşü, bədii ifadəliyi və estetik məzmunu ilə diqqəti cəlb edib. Bakı Şəhər İcra Hakimiyyətinin qiymətləndirmə üzrə komissiyası tərəfindən yaradıcı yanaşma, ən yaxşı gül-çiçək kompozisiyası, dekorativ gül rəsmi, tətbiqi sənət nümunəsi, ən gözəl gül geyimi, müəllif fotosunun müəllifi müəyyənləşdirilərək mükafatlandırılıb. Ukrayna Meydanı ətrafındakı binaların fasadlarından asılmış Azərbaycan Bayrağı, Ulu Öndərin və Möhtərəm Prezidentin möhtəşəm portretləri tədbirə xüsusi gözəllik verirdi.
     Tədbir çərçivəsində rayonun idmançılarının bayraq keçidi və məktəblilərin hazırladıqları flaşmob alqışlarla qarşılanıb.
    Tədbir axşam saatlarında Xətai rayon İcra Hakimiyyətinin Azərbaycan Dövlət Televiziyası ilə birgə təşkil etdiyi konsert proqramı ilə davam etdirilib. Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustaları ilə birgə Türkiyədən Ebeu Yaşar, İrəm Derici, Belarusdan Alesiya, Yaponiyadan Tanaka Miri kimi tanınmış sənətkarlar da iştirak etmişdir. Konsertin sonunda atəşfəşanlığ olmuşdur.
      Tədbir Azərbaycan televiziyası ilə canlı yayımlanmıçsır.

Keçidlər