Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon icra hakimiyyətində hesabat yığıncağı keçirilib.

15 aprel 2015 | 10:00

Xətai rayonunda bu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda rayonun son ildə əldə etdiyi uğurlar və qarşıda duran vəzifələrdən danışılıb.
     Hesabat dövründə Xətai rayonunda iqtisadiyyatın əsas səhalərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz çox sənaye məhsul istehsal olunub.
     Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, cari ilin birinci rübündə paytaxtın  mərkəzi rayonlarından birinə çevrilən  Xətai rayonunda da nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib, rayonun sosial-iqtisadi və mədəni həyatı inkişaf və irəliləyişlərlə yadda qalan olub. Prezient İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rayonda əsaslı və kompleks yenidənqurma işləri görülür. Son illərdə dövlət başçısının Xətai rayonuna etdiyi səfərlər, rayonda gedən quruculuq və abadlıq işlərinə güclü təkan verib.
     Sonra hesabat məruzəsi dinlənildi. Bildirildi ki, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində hər yerdə olduğu kimi Xətai rayonunda da abadlıq-quruculuq işləri davam etdirilir. Dövlət başçısınının
açılışında iştirak etdiyi fəvvarələr və şəlalələr kompleksi rayonun simasının
gözəlləşdirilməsi istiqmətində görülən işlərin tərkib hissəsidir. Uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə
mərkəzi yaradılıb. Dövlət başçısının açılışında iştirak etdiyi yeni inşa edilən 110 kilovoltluq “Ağ şəhər -1”, elektrik yarımstansiya “Ağ şəhər” layihəsi üzrə tikilən yaşayış komplekslərinin, “Yeni Bulvar”ın və digər qeyri-yaşayış obyektlərinin elektrik təchizatının  təmin edilməsi, eləcə də, bu ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə inşa olunub. Ağ Şəhər bulvarı Prezident İlham Əliyevin tapşırığı ilə əvvəllər paytaxtın “Qara şəhər” kimi tanındığı və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində ən müasir standartlara uyğun şəkildə salınır. 2013-cü ilin mayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq  Bakı Ağ Şəhər  layihəsini tamamlamaqla paytaxtımızın simasını daha da gözəlləşdirəcək.
     Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illər Bakı şəhərində park və xiyabanların əsaslı şəkildə qurulması və yeni parkların, yaşıllıq zolaqlarının salınması, müasir tələblərə cavab verən istirahət guşələrinin yaradılması istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir.Yusif Səfərov küçəsində salınacaq yeni parkda da işlər davam etdirilir. 1.5 hektar ərazidə inşa olunan park ən müasir üslubda qurulur.  Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda “KOSUQİ” şirkəti tərəfindən salınan Yapon bağı da paytaxtda və respublikamızın digər bölgələrində həyata keçirilən abadlıq və quruculuq işlərinin davamıdır. Hesabat dövründə rayon ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilib.
       Rayonda ekoloji vəziyyətinin yaxşılaşdırılması rayon icra hakimiyyəti tərəfindən görülən işlərin əsas tərkib hissəsidir. Hesabat dövründə rayon icra hakimiyyətinin nümayəndələri Türkiyənin Tarsus şəhərində olublar. Səfər zamanı əldə edilən razılığa əsasən, Ümummilli lider Heydər Əliyevin adını daşıyan körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə yeni park salınır.
      Hesabatın yekununda ilk Avropa Oyunlarına hazırlıq, dövlət başcısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq, rayonun müvafiq strukturlarının fəaliyyəti təhlil olundu, qarşıda duran vəzifələrdən söhbət açıldı.

Keçidlər