Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimində iştirak edib.

19 dekabr 2014 | 11:00

SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak ediblər.
      Qeyd edək ki, 2013-cü ilin oktyabrında Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması nəticəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu qurumun təşkili aparılan struktur islahatlarının mühüm tərkib hissəsi olmaqla ölkədə gedən inkişaf proseslərini özündə əks etdirirdi. Bu, həm də dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi sahəsində daha çox nailiyyətlərin əldə olunmasına hesablanmışdı. Digər tərəfdən yeni yaradılan qurumun qarşısında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəqliyyat sahəsində nəzərdə tutulmuş digər vacib vəzifələrin qoyulması onun fəaliyyətinə verilən önəmi bir daha nümayiş etdirir. Bütün bunlar da son illərdə ölkədə nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün silsilə və kompleks tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olub. Odur ki, son illərdə gəmiçiliyin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görülüb, yeni gəmilər alınıb. Artıq istismara hazır olan “Müslüm Maqomayev” gəmisi də bu sırada mühüm yer tutur.

Keçidlər