Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Yapon bağının tikintisinə başlanılacaq.

15 dekabr 2014 | 11:00

Ölkəmizdə səfərdə olan Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “KOSUQİ” şirkətinin rəhbəri Saki Kosuqinin başçılıq etdiyi nümayəndə heyəti Xətai rayon icra hakimiyyətində olmuşdur.

        Görüşdə çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov rayonda həyata keçirilən irimiqyaslı layihələr barədə qonaqlara məlumat verdi. Bildirdi ki, Xətai rayonu paytaxtın ən iri sənaye rayonların biri hesab olunur. Burada bir sıra    iri sənaye müəssisələri, elmi-tədqiqat və layihə institutları fəaliyyət göstərir. Dövlət başçısının tapşırığına əsasən, rayon ərazisində    aparılan genişmiqyaslı    işlər, həmçinin, Heydər Əliyev Fondunun rayonda həyata keçirdiyi sosial layihələr rayonun simasının daha da gözəlləşməsinə öz töhvəsini verir. Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması icra hakimiyyətini tərəfindən görülən işlərin əsas tərkib hissəsidir. Dövlət başçısının bu sahədə verdiyi tapşırıqlara uyğun olaraq, rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb.
        Azərbaycanı çox sevdiyini deyən “KOSUQİ” şirkətinin rəhbəri Saki Kosuqi isə ölkələrimiz arasında mövcud münasibətlərin yüksək səviyyəsindən, Bakıda gördüyü qonaqpərvərlikdən danışdı.  Əlavə etdi ki, Azərbaycan gün-gündən inkişaf edir, beynəxaql layihələrə qatılır və hazırda regionun lider ölkəsidir. Qonaq  həmçinin həyata keçiriləcək layihələr barədə də məlumat verərək bildirdi ki, başçılıq etdiyi şirkət Azərbaycanın İsmayıllı rayonunda Yapon bağı salıb və yaxın vaxtlarda Xətai rayonunda da belə bir parkın salınması planlaşdırır.Ümumi sahəsi 580 kv. metr olacaq park Azərbaycanda tikiləcək ən böyük Yapon bağı olacaq. Bunun üçün ölkələrarasında təkliflər paketi hazırlanıb.

Keçidlər