Şriftin ölçüsü :

Saytın rəngi :

H.Əliyev adına liseydə səyyar görüş keçirildi.

08 avqust 2014 | 10:00

2014-cü il avqustun 8-də  H.Əliyev adına liseydə  sakinlər ilə səyyar görüş keçirildi.
      Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri ,   eləcə də, rayon  sakinləri  iştirak edirdilər.
        Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verildi.
        Sakinlərdən Həsənov ismayıl, Əhmədov Yusif, Abdullayeva Aygün, Vəliyeva Arzu və başqaları çıxış edərək, rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların- küçələrin asfaltlanması,  istilik və bəzi küçələrdə işıq təchizatının yaxşılaşdırılması,   bəzi binaların zirzəmilərinə çirkab suların təmizlənməsi  və s. aradan qaldırılmasını xahiş etdilər.
        Sakinlər tərəfindən  qaldırılan bu məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verildi, problemlərin tez bir zamanda aradan  qaldırılması tapşırdı.

Keçidlər