Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Xətai rayonundakı 56 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

04 avqust 2014 | 10:00

 Azərbaycan Prezidenti İlham Əliyev avqustun 4-də Xətai rayonundakı 56 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
      Dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, məktəbin binası 1976-cı ildə inşa olunub. 960 şagird yerlik məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Prezidentin tapşırıqlarına uyğun olaraq, yeni dərs ilinə hazırlıq məqsədilə məktəbin binası əsaslı şəkildə yenidən qurulub, lazımi ləvazimatla təchiz edilib.
       Dövlətimizin başçısına Xətai rayonundakı digər məktəblərdə görülən təmir və yenidənqurma işləri barədə də məlumat verilib.
      Prezident İlham Əliyev məktəbin sinif otaqlarına baxıb, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış olub. İdman zallarında və hərbi hazırlıq kabinetində də yüksək şəraitin yaradıldığı vurğulanıb.

 

Keçidlər