Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Milli Mətbuat günü qeyd edildi.

21 iyul 2014 | 10:00

21 iyul 2014-cü il tarixdə Xətai Rayon İcra Hakimiyyəti 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi.
     Tədbiri rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq jurnalistləri bayram münasibətilə təbrik etdi, Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışdı. Bildirildi ki, milli mətbuatımız ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərsə də, həmişə qabaqcıl ideyaların carçısı olub.
Diqqətə çatdırıldı ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız bir sıra problemlərlə üzləşsə də, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra medianın problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığı təsbit olunub, milli mətbuatımızın inkişafı istiqamətində bir sıra fərman və sərəncamlar imzalanıb. Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulub.
Qeyd edildi ki, Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borcları dövlət büdcəsi hesabına ödənilib.
        Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın inkişaf tarixindən, bu kəşməkəşli və şərəfli yolda xidmətləri olmuş insanlardan, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan danışdı.
       “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həllinə də daim xüsusi diqqət yetirir. Ötən il Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün 156 mənzilli binanın istifadəyə verilməsi buna parlaq nümunədir.
        Tədbirin sonunda  Xətai rayonunda ictimai-siyasi, sosial-iqtisadi sahələrdə keçirilən tədbirləri obyektiv işıqlandırdığına görə bir qrup jurnalistə fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

 

Keçidlər