Şriftin ölçüsü :

Saytın rəngi :

18-19 iyul tarixlərində Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilir.

19 iyul 2014 | 10:00

Xətai rayonunda, Ukrayna meydanından H.Aslanov metrosuna gedən yolda  M.Hadi küçəsində 200 metr uzunluğunda sökülüb quraşdırılan çadırda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 283,3 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir. Onlardan 2,2 ton ət, 0,3 ton süd, 0,1 ton konserv, 110,9 ton tərəvəz, 14 ton bostan və  0,4 ton taxıl məhsullarıdır. Bundan başqa yarmarkada 28,5 ton kartof, 12500 ədəd isə yumurta və toyuq məhsulları satışa çıxarılmışdır.
Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə məhsulların qiymətlərinin  bazardakı qiymətlərlə müqayisəsi göstərilmişdir.
Fəaliyyət göstərən yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək, bazarlarda mövcud qiymətlərin sabit saxlanmasıdır.

Keçidlər