Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirildi.

22 aprel 2014 | 10:00

Xətai rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə idman yarışlarına start verilib. Bu münasibətlə qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Məktəblilər arasında bu cür yarışların keçirilməsində əsas məqsəd ölkədə gənclərin idmana marağını artırmaq,onların asudə vaxtlarının səmərəli təşkil etməkdir.
      Yarışlarda 6 komanda birinci yer üzrə öz qüvvələrini sınadı. Məktəblilər arasında bu cür yarışların keçirilməsində əsas məqsəd ölkədə gənclərin idmana marağını artırmaq,onların asudə vaxtlarının səmərəli təşkil etməkdir. Yarışlardan sonra qalib gələn komandalar  müəyyən olundu.
I yeri 15 saylı UGİM-in komandası, II yeri “Nəqliyyat”, III yeri isə UGİM-in II komandası tutdu.
      Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin şöbə müdüri Kamran İsmayılov bildirdi ki, bu gün ölkədə aparılan islahatlar idman sahəsində də özünü göstərir. Belə ki,son illərdə idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar,qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Şöbə müdiri qeyd etdi ki, son illlər Xətai rayonunda gənclərin sağlamlığının qorunması, idmanın maddi-texniki bazasının gücləndirilməsi  istiqamətində mühüm işlər görülüb. Təkcə bu il ərzində rayon ərazisində müxtəlif beynəlxalq yarışlar keçirilib, idman sahəsində uğurlar qazanılıb.
     Digər çıxışçılar da Azərbaycan idmançılarının bir sıra beynəlxalq yarışlarda qazandığı uğurların, ölkənin hər yerində açılan yeni-yeni olimpiya mərkəzlərinin, idman arenalarının, idmançılara yaradılan şəraitin əhəmiyyətindən danışdılar.
     Sonda qalib gələn komandalara medallar və fəxri fərmanlar təqdim olundu.

Keçidlər