Şriftin ölçüsü :

Saytın rəngi :

Naximov küçələrində kommunikasiya xətləri yenilənir, yol infrastrukturu yenidən qurulur

29 iyul 2020 | 11:00

Xətai rayonunda  yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində  tədbirlər davam etdirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində Naximov  küçəsində yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar  istismar müddəti başa çatmış   müxtəlif diametrə malik su və kanalizasiya  xətləri müasir tələblərə uyğun yeniləri ilə əvəzlənir.    

Həmçinin  ümumi uzunluğu 2 810 metr təşkil edən küçənin müxtəlif hissələrində yolun genişləndirmə işləri aparılıb. Belə ki, əvvəllər küçənin bəzi yerlərinin eni 5-6 metr təşkil edirdisə, hazırda bu, 10-12 metrədək genişləndirilib. Bütün beton bordyurlar dəyişdirilib, piyadalar üçün səki salınıb və artıq 2 km yol asfaltlanıb. Aparılan işlər yaxın 3-4 günə tam başa çatdırılacaq.

Keçidlər