Şriftin ölçüsü :

Saytın rəngi :

M.Rüstəmov və S.Ə.Şirvani küçələrində abadlaşdırma və yaşıllaşdırma tədbirləri davam etdirilir

24 iyul 2020 | 11:00

Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi  istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən  davamlı olaraq abadlıq-quruculuq işləri  aparılır.

Görülən işlər çərçivəsində  M.Rüstəmov və S.Ə.Şirvani küçələrində yeni yaşıllıqlar, qazon örtüyü salınır və  ağaclar əkilir. Mövcud yaşıllıqlara qulluq göstərilir, ağaclarda mövsümi budama işləri, həmçinin  gündəlik suvarma işləri aparılır.  Küçələrə,  səki və keçidlərə dekorativ daşlar döşənir.

Keçidlər