Şriftin ölçüsü :

Saytın rəngi :

Nobel prospektində yaşıllaşdırma işləri davam edir

29 may 2020 | 11:00

Rayonun simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının  təmin edilməsi  istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən  davamlı olaraq abadlıq, yaşıllaşdırma və ağacəkmə tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan  küçələrdə, məhəllədaxili ərazilərdə quruculuq və təmizlik işləri ilə yanaşı olaraq  yaşıllıq örtüklərinin salınması və ağac əkimi həyata keçirilir.

Hazırda rayonun  Nobel prospektində həmişəyaşıl ağacların əkilməsi və yaşıllıq örtüyünün salınması davam etdirilir.  Görülən işlər çərçivəsində  yeni səki daşları düzülür,  salınan yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi, sulanması üçün yeni su xətləri çəkilir.

Keçidlər