Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda könüllü gənclər növbəti aksiya keçirdilər

22 may 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi öz fəaliyyətini davam etdirməkdədir.

COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində , gəncliyin könüllülük prinsipi əsasında xalqımızın aztəminatlı təbəqəsini, sosial cəhətdən yardıma ehtiyacı olanları tək buraxmaması humanitar siyasətə çevrilib. Bu, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətindən sonra kütləvi hal alıb.

Xətai rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin "Bir-birimizi qoruyaq" aksiyası çərçivəsində   "Bir Tələbə Könüllü" programı, "Asan Xidmət Könüllüləri",  "Formula 1 könüllüləri" və "Gənc könüllülər" tərəfindən vətəndaşlara 2000-dən çox tibbi maska paylanılıb, vətəndaşlara gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək, sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılıb.  Könüllülər banklar, poçt şöbələri və digər növbə yaranan məkanlarda  sosial məsafənin qorunması, sıra pozuntularının qarşısını almaq məqsədilə  növbə  qaydasını bərpa etmişlər.

Keçidlər