Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində dezinfeksiya işləri davam etdirilir

16 may 2020 | 11:00

Rayon ərazisində dezinfeksiya işləri davam etdirilir
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Xətai rayonu ərazisində mütəmadi tədbirlər davam etdirilir. Belə ki, küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasən də binaların həyətləri, girişləri, pilləkən qəfəsləri, liftlər və sakinlərin daha çox istifadə etdiyi digər yerlər təsirli kimyəvi vasitələrlə dezinfeksiya edilir. Bu işlər sistemli şəkildə rayon ərazisində hər gün, gündə bir neçə dəfə olmaq şərti ilə davam etdirilir.

 

 

Keçidlər