Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda təmizlik və yaşıllıqlara qulluq işləri davam etdirilir

15 may 2020 | 11:00

Xətai rayonunda  təmizlik və yaşıllıqlara qulluq  işləri davam etdirilir. Görülən işlər çərçivəsində  mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, çoxillik güllərə qulluq göstərilib, suvarılıb, çəmənliklərə gübrə verilib. Bütün Mənzil Kommunal İstismar Sahələri tərəfindən ərazilərdə olan parklar və otluq sahələr baş verə biləcək   yanğın hadisələrinin qarşısını almaq üçün quru ot və alaqlardan təmizlənib.

Həmçinin  ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.

Görülən işlərdə  əsas məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə maarifləndirilməsini və təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.

Keçidlər