Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentin tapşırıqlarına məhəl qoymayan məmurların hamısı öz layiqli cəzalarına çatmalıdırlar

13 may 2020 | 11:00

Son zamanlar ölkə gündəmini bürüyən İcra Başçılarının, Medeniyyət Nazirliyinin yüksək vəzifəli kadrlarının, icra nümayəndələrinin həbsi məsələsi hamını narahat edir. Eləcə də həssas təbəqələr olan Şəhid Ailələrini, Qarabaq Qazilərini və veteranları.
Prezident İlham Əliyevin, Vitse-Prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun bu kateqoriyadan olan insanlara, aztəminatlı təbəqələrə koronavirusun dünyada tüğyan etdiyi zamanda etdikləri yardımları, imkansız ailələrə ayrılan 190 manat ıvə ictimai işlərə cəlb olunmaqla onların şəraitlərinin cüzi də olsa dəyişməyə yönələn köməyi mənimsəyən məmurlara qarşı görülən ciddi tədbirləri, həbsləri biz Azərbaycan xalqı, dəstəkləyirik. Belə harınlamış məmurların bu şəkildə cəzalanmasi təqdirəlayiqdir. Yəqin ki, digər belə məmurları da Dğvlət Təhlükəsizlik Xidməti araşdırıb, onların da öz layiqli cəzalarına catmasında xalqa, dövlətə kömək edecek.
Insanlarin belə çətin günlərində onlara dayaq olmaq əvəzinə, dövlət tərəfindən verilən maaş kartlarının, yardımların mənimsənilməsi yolverilməzdir. Prezident belə insanlara etimad göstərərək, onları yerlərdə özünə nümayəndə seçməsi, xalqa millətə xoş töhfələr vermək üçün təyin etməsi, o məmurun millətin taleyi ilə oynamasına əsas vermir. 20 faiz torlaqimizin işğal altında olması, 28 ildən artıq itirdiyimiz ata-baba yurdumuzun, Qarabağin danışıqlar yolu ilə geri qaytarılmasında dövlətə dayaq olmaq, kömək etmək əvəzinə, insanların adına ayrılan yardimları və maaş kartlarını mənimsəmək ən böyük cinayətdir. Bele məmurlarımız hələ də çoxdur. Onların aşkarlanıb tutularaq cəzalanmasi vacibdir. Aparılan yoxlamalar, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə xalqımızın ürəyincədir.
Rayonlarımızın abadlaşdırılması üçün dövlət tərəfindən ayrılan pulu özəlləştirərək öz ata malları kimi mənimsəyən, bu gözləri doymayan məmurlara qarşı ən ciddi tədbirlər görməlidir.
Bu işdə dövlət başçımıza, Ali Baş Komandana dəstək olmaliyiq. Nə qədər ki, xalqın rifahının yaxşılaşdırılması ucun ayrılan milyonlarla pulları mənimsəyərək gözü doymayan məmurlar,  belə acgöz, qudurğan ünsürlər var biz nə Qarabağı görəcəyik nə də istədiyimiz inkişafa nail olacayıq.
Dəfələrlə öz çıxışında belə hallara toxunan Prezidentin tapşırıqlarına məhəl qoymayan məmurların hamısı öz layiqli cəzalarına çatmalıdırlar. Olkə başçımızdan xahişimiz belə məmurların hamısının cəzalandırılmasıdır.

 

Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri

Salahov Fuad Fərman oğlu

Keçidlər