Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlıq işləri ilə yanaşı yaşıllaşdırma tədbirləri davam etdirilir

09 may 2020 | 11:00

Rayonun simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının  təmin edilməsi  istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən  davamlı olaraq ağacəkmə tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan  küçələrdə, məhəllədaxili ərazilərdə quruculuq və təmizlik işləri ilə yanaşı olaraq  yaşıllıq örtüklərinin salınması və ağac əkimi həyata keçirilir. 

Hazırda təmizlik işləri çərçivəsində  qurumuş otlar biçilir, alaq otları təmizlənir, ağacların dibləri  bellənərək suvarılır. Rayonun Sadıqcan, M.Rüstəmov, İnqilab İsmayılov, Generan Mehmandarov  və digər küçələrində  həmişəyaşıl ağacların əkilməsi davam etdirilir. 

Ümumilikdə yaz ağac əkini mövsümü başlayandan bu günədək ümumilikdə, 30000 kv. m ərazidə yaşıl örtük, 6000 ədəd dekorativ gül kolu, 5500 ədəd müxtəlifcinsli ağac əkilib.

 

 

Keçidlər