Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəmməd Hadi küçəsi 65 ünvanında istirahət guşəsi yaradılır

26 sentyabr 2019 | 11:00

Aparlan abadlıq-quruculuq işləri çərçivəsində rayonun Məhəmməd Hadi küçəsi 65 ünvanında   əhalinin rahat gediş-gəlişini, uşaqların və böyüklərin istirahətini təmin etmək üçün istirahət guşəsi  yaradılır. 

Ərazidə qanunsuz çəpərlənmələr sökülür, səkilər bərpa olunur, iaşə obyektlərinin qarşısı abadlaşdırılır,  ağacların budanması, yaşıllıq zolaqlarının bərpası və yenilərinin salınması, metrodan çıxış yollarına və digər binalara gediş- gəliş yollarına səki daşları döşənməsi işləri də həyata keçirilir.

Həmçinin istirahət guşəsində sakinlərin istirahəti üçün oturacaqlar, uşaqlar üçün əyləncə elementləri, idman avadanlıqları, şahmat lövhəsi, müasir işıqlandırma sistemləri, səkkizbucaqlı formada fəvvarə quraşdırılacaq.

 

 

Keçidlər