Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəmməd Hadi, Həzi Aslanov küçələri və Əhmədli metrostansiyasının ətrafında təmizlik və abadlıq işləri davam edir

25 sentyabr 2019 | 11:00

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Xətai  rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Görülən işlər çərçivəsində rayonun Məhəmməd Hadi, Həzi Aslanov küçələrində və Əhmədli metrostansiyasının ətrafında yolboyu yerləşən qeyri-qanuni qoyulmuş və yöndəmsiz köşklər müvafiq texnikalar vasitəsilə götürülərək ərazidən kənarlaşdırılıb. Köşklərin yerləşdiyi ərazilər abadlaşdırılıb, səkilərə daş düzülüb, yaşıllıq sahələti salınaraq sakinlərin rahat gediş-gəlişi təmin edilib. 

Həmçinin küçəboyu mövcud olan məişət obyektlərinin fasadları da təmir edilərək  küçənin daha müasir və estetik görkəm alması üçün müvafiq tədbirlər görülüb. 

 

 

 

 

Keçidlər