Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ HUMANİTAR AKSİYA KEÇİRİLDİ

14 avqust 2019 | 11:00

12-13 avqust 2019-cu il tarixlərində Qurban bayramı münasibətilə Xətai rayonunda müxtəlif tədbirlər keçirilmişdir. Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən humanitar aksiya çərçivəsində  rayon ərazisində yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha ahıllar və aztəminatlı ailələrlə görüşlər keçirildi, Qurban sovqatları paylanıldı.
Xətai rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə çıxış edənlər Qurban Bayramı münasibətilə xalqımızı, eləcə də, Xətai  rayon sakinlərini təbrik etdilər. Həmçinin vurğulandı ki, belə tədbirlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşmasının və vətəndaşlara dövlət qayğısının təzahürüdür. Bu gün cənab Prezidentin, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın timsalında belə imtiyazlı ailələrə dövlət qayğısı ümummilli liderimiz Heydər Əliyev ideyalarının, siyasətinin uğurlu davamının və inkişafının bariz nümunəsidir.
Tədbirlərdə iştirak edən rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini  bildirdilər.

Keçidlər