Şriftin ölçüsü :

Saytın rəngi :

Zığ yolu 3 saylı ünvanda yeni salınan uşaq-əyləncə parkında işlər yekunlaşmaq üzrədir

17 iyul 2019 | 11:00

Rayonda aparılan abadlıq və quruculuq işləri  çərçivəsində “Nargilə” dairəsi yaxınlığında Zığ yolu 3 saylı  ünvanda növbəti uşaq əyləncə parkında işlər başa çatmaq üzrədir.

Bu məqsədlə Zığ yolu 3 saylı binanın yaxınlığında mövcud yaşıllıq zonası bərpa edilərək ərazidəki ağaclar budanmış, park müasir tipli işıqlandırma sistemi ilə təchiz edilmişdir.

Görülən işlər çərçivəsində  ağaclara və yaşıllıqlara aqrotexniki xidmət göstərilməsi üçün yeni su xətti çəkilmiş, sakinlərin istirahətini təmin etmək üçün  oturacaqlar və balaca sakinlərin əylənməsi üçün idman və əyləncə qurğuları quraşdırılmışdır.

Parkın yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər