Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti iməcilik keçirilib

06 iyul 2019 | 11:00

Xətai rayonunda   ekoloji tarazlığın qorunması istiqamətində müxtəlif layihələr reallaşdırılır.

06.07.2019-cu il tarixdə rayonda ekoloji tarazlığın qorunması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən işlərin davamı olaraq rayonun Zığ yolu küçəsində  iməclik keçirilib.

Ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edən aksiya zamanı  ərazi məişət tullantılarından təmizlənib,  yay mövsümünə xas olan yanğın təhlükəsi yaradan quru otlar yığılaraq ərazidən daşınıb, ağaclara qulluq göstərilib.

Keçidlər