Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni abadlaşdırılan həyətin ünvanı Gəncə prospekti 73, 75, 77 və 79 saylı binaların həyətləridir

15 may 2019 | 11:00

Abadlıq və quruculuq işləri  çərçivəsində növbəti nümunəvi həyət  Gəncə prospekti 73, 75, 77 və 79 saylı binaların qarşısında salınır.
Bu məqsədlə ərazidə insanların ümumi istifadəsi üçün nəzərdə tutulmuş, lakin bəzi vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanmış yaşıllıq zolaqları, uzun müddət baxımsız qalmış, məişət və tikinti tullantıları ilə çirkləndirilmiş ərazilər quru otlardan, hasarlardan təmizlənir, qanunsuz tikililər sökülür, ağaclar budanır.
   Təmizləmə işləri başa çatdıqdan sonra ərazidə sakinlərin asudə vaxtlarının tam təmin edilməsi üçün söhbətgahlar, uşaq əyləncə və idman qurğularının quraşdırılması nəzərdə tutulur. Həmçinin pilləkənlər bərpa ediləcək, ərazinin relyefi nəzərə alanaraq təhlükəsizliyi təmin etmək məqsədilə dəmir məhəccərlər quraşdırılacaq. Su xətti çəkiləcək, işıqlandırılma təmin ediləcək.
   Ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi və əraziyə nəzarət etmək üçün binanın sakinlərindən bir neçəsi sosial işə cəlb ediləcəklər.

Keçidlər