Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində küçə və prospektlər boyu abadlıq işləri davam edir

14 may 2019 | 11:00

Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində abad həyətlərin salınması ilə yanaşı küçə və prospekt boyu ərazilərdə ağacların budanması, yaşıllıq zolaqlarının bərpası və yenilərinin salınması işləri də həyata keçirilir. 

Rayonun Zığ yolu küçəsi  ilə Gəncə prospektinin kəsişməsində və C.Naxçıvanski adına Hərbi Liseyin qarşısında yerləşən yaşıllıq zolağının əsaslı şəkildə yenidən qurulması işləri artıq başa çatmışdır. Ərazidə uzun müddət aqrotexniki xidmət göstərilməmiş yaşıllıq zonası yenidən bərpa edilmiş,  ağaclar budanmış, yolun kənarlarına yeni yaşıl örtük salınmış, gül və dekorativ kollar əkilmiş, çəmənlik və ağacların sulanması üçün yeni su xətləri çəkilmişdir.
Xatırladaq ki, bir müddət əvvəl rayonun Naximov, Cavanşir və Neapol küçələrində bu işlər artıq başa çatmışdır. Xüsusən də Cavanşir küçəsində uzun müddət baxımsız qalmış böyük bir ərazi qısa müddət ərzində  qanunsuz çəpərləmələrdən və məişət tullantılarında təmizlənmiş, əraziyə minlərlə ağac, dekorativ güllər və kollar əkilmişdir.
 Hal-hazırda abadlaşdırma işləri rayonun  digər ərazilərində də davam etdirilir.

 

 

 

Keçidlər