Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Xətai rayon təşkilatında İlham Əliyevin prezident seçilməsinin 1 illiyinə və ölkədə aparılan sosial, iqtisadi, siyasi islahatlara həsr olunmuş tədbir keçirilib

13 aprel 2019 | 11:00

 Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının inzibati binasında Prezident cənab İlham Əliyevin prezident seçilməsinin 1 illiyinə və ölkədə aparılan sosial, iqtisadi, siyasi islahatlara həsr olunmuş  tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı  Hüseynbala Mirələmov   qonaqları salamlayaraq bu cür mövzulara həsr olunmuş tədbirlərin əhəmiyyətindən bəhs etdi. Rayon təşkilatı tərəfindən istər maarifləndirici, istərsə də əhalini maraqlandıran mövzulara həsr olunmuş tədbirlərin davamlı olaraq keçirildiyini və bundan sonra da keçiriləcəyini vurğuladı. Hüseynbala Mirələmov  dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı islahatların həyata keçirildiyini və vətəndaşların maraqlarına xidmət edən bir sıra məsələlərin öz həllini tapdığını diqqətə çatdırdı. Həyata keçirilən dövlət proqramlarından, bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələrinin uğurla icra olunmasından danışdı. Hüseynbala Mirələmov çıxışında eyni zamanda Azərbaycan əleyhinə çirkin və əsassız qara kampaniya aparan bir qrup şəxsləri, müxalifət nümayəndələrini kəskin tənqid etdi. Dövlətimizin çiçəklənməsini və inkişafını gözü götürməyən qüvvələrə qarşı hər zaman xalqımızın layiqli cavab verdiyini söylədi. Bildirdi ki, xalqımız dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşib və heç bir antimilli qüvvə bu birliyə mane ola bilməz.


Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ziyad Səmədzadə cənab İlham Əliyevin 2018-2025-cü illəri əhatə edən Prezidentlik dövrünün ilk 1 ili ərzində Azərbaycan öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildirdi. Cənab İlham Əliyevin  prezidentlik dövrünün ilk 1 ilini yüksək səciyyələndirərək dövlətimizin hərtərəfli inkişafı və xalqın sosial rifahının daha da gücləndirilməsi istiqamətində görülən işləri məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi adlandırdı. Son bir il ərzində ölkəmizdə  ciddi  islahatların aparıldığını, bu islahatların ölkəmizə və vətəndaşlarımıza olan töhfəsini qeyd etdi. Natiq həmçinin 2019-cu ilin ilk iki ayında əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımların atıldığını, yeni islahatların ölkə iqtisadiyyatının daha inkişaf etdirilməsinə xidmət etdiyini bildirdi. Son illər Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini, Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurduğunu, bir çox hallarda isə Azərbaycanın çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarı qismində çıxış etdiyini, qonşu dövlətlərlə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu söylədi. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Bu baxımdan son 1 ildə, ölkəmiz xarici siyasət kontekstində ölkə başçısının rəhbərliyi ilə mühüm uğurlara imza atıldığını qeyd etdi. 


Xətai Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini  Rafiq Quluyev çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı şəhərinin  və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Bakı şəhərində  aparılan abadlıq-quruculuq, yenidənqurma işləri fonunda Xətai rayonunda görülən işlərdən və gələcəkdə görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, son 15 il ərzində Azərbaycanda bütün sahələrdə ancaq müsbət inkişaf dinamikası müşahidə olunur. İqtisadiyyatın elə bir sektoru yoxdur ki, orada ən azı 2 dəfədən çox artım olmasın. Bu, cənab prezidentin dövlət quruculuğu kursunun inkişafına daim diqqət göstərməsi ilə bağlıdır. Azərbaycan prezidentinin və dövlətinin əsas məqsədi əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq və son illərdə qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir.



 

Keçidlər