Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun- Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Xətai rayonunda tədbir keçirilib

22 iyun 2018 | 11:00

26 iyun- Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Xətai Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin birgə təşkilatçılığı ilə  59 saylı tam orta məktəbdə tədbir keçirilmişdir. 
Vətən uğrunda canından keçən şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra,  çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Pənah İmanov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi  Mehman Qurbanov Azərbaycan Silahlı Qüvvələrinin  yaranma tarixindən, vətən uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan danışdılar.  

Bildirdilər ki, ölkəmiz hər il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin ildönümünü qeyd edir. Bu il isə şanlı Ordumuzun 100 yaşı tamam olur. Fəxredicidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Fəaliyyət göstərən hərbi sənaye kompleksində minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir, dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edir.  

Çıxışlarda qeyd olunub ki,  bu gün də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz sürətlə inkişaf edir. Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib.                                                                                                                                   
 

Sonra tədbir şəhid ailələrinin üzvlərinin çıxışları ilə davam etdirildi.

Keçidlər